Əsas Səhifə > Cəmiyyət > BAYRAĞIMIZI BELƏ HƏZM EDƏ BİLMİRLƏR

BAYRAĞIMIZI BELƏ HƏZM EDƏ BİLMİRLƏR


22-11-2011, 12:16
BAYRAĞIMIZI BELƏ HƏZM EDƏ BİLMİRLƏR

İRANDAKI MOLLA REJİMİ BAŞINI İTİRİB

İran İslam Respublikasında Təbriz şəhərinin “Traktorsazi” və Şiraz şəhərinin “Fəcr-i Sepasi” futbol komandaları arasındakı qarşılaşmada təbrizli azarkeşlərin Azərbaycan bayrağı qaldırması və Azərbaycan və Türkiyə bayraqlarının təsvir olunduğu köynəklər geyməsi hakimiyyətə yaxın medianın qəzəbinə səbəb olub.

APA-nın BBC-nin türk redaksiyasına istinadən verdiyi məlumata görə, “Rajanews” adlı sayt xəbəri “Fəcr-Traktor matçına bölücü (separatçı) simvollarla qatıldılar” başlığı ilə verib: “Təəssüf ki, bu insanlar digər azarkeşləri də cəlb edərək başqa şəhərlərdə də eyni hərəkətlərini təkrarlayıblar. Pantürkist fikirləri yaymağa çalışan bu fanat qrupları vəziyyətdən öz məqsədləri üçün sui-istifadə edirlər”.

Qeyd edək ki, bu informasiya və fotolar Türkiyə mediasında da geniş yayılıb.


Geri qayıt