Əsas Səhifə > Şou-biznes > TELEAPARICINI QAÇIRDILAR

TELEAPARICINI QAÇIRDILAR


21-09-2011, 14:04
TELEAPARICINI QAÇIRDILAR

"O GEYİMDƏ OLAN QADINI QAÇIRARLAR DA"

Aparıcının sözlərinə görə, anonsa baxan hər kəs eyni sözü deyir - "O geyimdə olan qadını qaçırarlar da".

Azərbaycan teleməkanının ən cazibədar aparıcılarından olan Zemfira Adıgözəlovanı qaçırıblar. Ancaq adi həyatda deyil, sadəcə verilişinin yeni mövsümü üçün çəkilən anonsunda.

Kilipdə "Qızıl pillə"nin aparıcısı hər zaman olduğu kimi, cazibədar obrazda yol kənarı ilə getdiyi an yenə də kişilərin diqqətini cəlb edir.

Aparıcının sözlərinə görə, anonsa baxan hər kəs eyni sözü deyir - "O geyimdə olan qadını qaçırarlar da".

"Allaha şükür ki, məni heç kim qaçırmayıb. Sağ və salamatam. Sadəcə yenilik etmək istədim. Məni qaçırmaq isə hər kişinin işi deyil", - deyə Zema Milli.Az xəbər portalına bildirib.

Qeyd edək ki, bu yaxınlarda efirə gedən "Qızıl pillə"nin formatı bir az fərqli olacaq: "Onluq öz yerində qalacaq. Yenə də onluqda sıralama olacaq. Bilirəm ki, indi hər kəsi mənim obrazım maraqlandırır. Elə həminki obrazım qalacaq. Mən dəyişsəm belə, səs tembrim olduğu kimi qalacaq. "Qızıl pillə" bu dəfə daha da dinamik olacaq. Amma mən öz ampluama davam edəcəm".


Geri qayıt