Əsas Səhifə > Cəmiyyət, Manşet > AĞSTAFADA MİLLİ QƏHRƏMANIN ADINA SAYĞISIZLIQ
AĞSTAFADA MİLLİ QƏHRƏMANIN ADINA SAYĞISIZLIQ31-01-2013, 15:27 |
DİA.AZ: - 26 yanvar 2013- cü il tarixində Ağstafa RİH- nin dəstyəyi və AYB Qazax filialının təşkilatçılığı ilə əslən Tovuz rayonundan olan şair Məzahir Alıyevin Milli Qəhrəman Mübariz İbrahimov haqda yazdığı kitabın təqdimatı keçirilməli idi. Amma son anda RİH- dən gələn qəti tapşırıqla kitab təqdimatının keçirilməsi qadağan olunmuşdur. Baxmayaraq ki, tədbir açıq keçirilirdi və ictimaiyyətin bütün nümayəndələri dəvətli idi. Eyni zamanda tədbirə müğənnilər və aşıqlar da dəvətli olmuşlar. Bir sözlə, sazlı- sözlü bir məclislə Milli Qəhrəman Mübariz İbrahimov haqda kitab ictimaiyyətə təqdim olunmalı idi. Təqdimat mərasimində bütün büdcə təşkilatlarının rəhbərliyi də dəvətli olmuşdur. DİA.AZ bildirir ki, 7GUN.az-a daxil olan məlumatlara görə, qəfil verilən bu qərardan sonra şairlər Ağstafanı tərk edərək Qazaxa sığınmışlar və təqdimat Qazax şəhərində primitiv bir şəkildə baş tutmuşdur. Bütün bunların səbəbi isə Ağstafa rayon rəhbərliyinin qorxaqlığı olmuşdur. Belə ki, həmin vaxt İsmayıllı hadisələri təzəcə bitmişdi və Bakıda İsmayıllıya dəstək mininqi olacaqdı. Ağstafa rayon rəhbərliyi də Ağstafada da nəsə bir hadisə olacağından ehtiyat edərək son anda tədbirin keçirilməsini qadağan etmişdir. Həmçinin ABŞ səfirliyinin Ağstafanı da “təhlükəli rayonlar” siyahısına aid etməsi faktının da bu tədbirin qadağan olunmasında rolu az olmamış deyil. Geri qayıt |