Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVA DAHA BİR ZƏRBƏ

ZİYA MƏMMƏDOVA DAHA BİR ZƏRBƏ


22-11-2011, 11:30
ZİYA MƏMMƏDOVA DAHA BİR ZƏRBƏ

TAKSİ SEKTORU YENİDƏN SƏRBƏSTLƏŞDİRİLİR

DİA.AZ: - Nəqliyyat Naziri Ziya Məmmədov üçün heç də xoş olmayan məlumatlar var. Belə ki, hökumət içindəki bilgili qaynaqlardan «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürülən məlumatlarda qeyd olunana görə, NN şefi «London taksiləri» ilə bağlı fiaskosunun ardından daha bir zərbə alıb.

Xatırladaq ki, bir neçə gün əvvəl 70-ə yaxın «bənövşəyi taksi»nin sürücüsü həmin servisdə işləməkədn nümayişkaranə formada imtina ediblər. 50 manat miqdarında olan günlük planlarının azaldılması barədə rəhbərliyə dəfələrlə müraciət etmələrinə baxmayaraq hətta bu barədə məlumatlı olan nəqliyyat nazirinin özü belə sürücülərin tələblərini qulaqardına vurub. Bu da son nəticədə məlum olaylara nədən olub.

Redaksiyamıza daxil olan informasiyalara görə, digər tərəfdən də də Çində istehsal olunmuş «London taksiləri»nin keyfiyyətsizliyi də bir səbəb kimi çıxış edərək Ziya Məmmədovun taksi biznesini monapoliyasına alma cəhdlərini iflasa uğradıb: «Ziya Məmmədov Bakı ilə yanaşı, digər iri şəhərlərdə də Gəncədə, Sumqayıtda, Mingəçevirdə və Şirvanda da taksi sektorunu nəzarəti altına almaq niyyətində idi. İndi isə bu niyyətinin icrası mümkünsüzdür».

Bildirək ki, Ziya Məmmədov «London taksiləri»nin ilk partiyası Bakıya gəldiyi zaman belə bir açıqlama vermişdi ki, bütün iri şəhərlərdə bu cür taksilər xidmət göstərəcək və hər şəhərin öz taksi rəngi olacaq. İndi isə bu plan iflasa uğrayıb: «Artıq bu taksilər Bakıda etimadı doğrultmadı. Həm sürücülərə təklif olunan şərtlər qaneedici deyil və həm də gətirilən taksilərin uzunmüddətli istismar üçün nəzərdə tutulmaması nazirin planlarının icrasına zərbə oldu».

Mənbənin sözlərinə görə, bu səbəbdən taksi xidmətinin yaxşılaşdırılması və inkişafı məqsədilə alternativ planlar üzərində iş gedir: «Yenidən bu sektorda özəl xidmətlərin inkişafına qayıdılır. Yəni sektor sərbəst buraxılır. Artıq belə bir qərarın hazırlanması üzərində iş gedir. Hətta Bakıya ilk gələn «sarı taksilər» belə bu şəkildə ictimai qınaq hədəfinə çevrilməişdi. Amma Ziya Məmmədovun çin taksilərinə böyük təpgi var».

Hal-hazırda 20-yə yaxın özəl taksi şirkətinin fəaliyyət göstərdiyini vurğulayan mənbəmiz onu da bildirdi ki, artıq Azərbaycana gətirilməsi planlaşdırılan «London» taksilərinin yerdə qalan partiyalarından imtina edilib: «Bütün işlər özəl şirkətlərə həvalə ediləcək. Azərbaycana 3000 «London taksisi» gəlməli idi və artıq bu taksilərin 1000-i Bakıdadır. Yerdə qalanlarından rəsmən imtina olunub».

Təbii ki, vəziyyətin bu şəkil alması NN şefi üçün heç də arzuolunan deyil. Çünki bu kimi olaylar hesabına ona qarşı üst düzəyin etimadı da ciddi şəkildə zərbə almış olur. Taksi məsələsində buraxılan açığın fəsadlarını isə Ziya Məmmədov digər istiqamətlərdə də mütləq hiss edəcək.


Geri qayıt