Əsas Səhifə > Ölkə, Manşet > AĞCABƏDİNİN İCRA BAŞÇISINA QARŞI İMPİÇMENT

AĞCABƏDİNİN İCRA BAŞÇISINA QARŞI İMPİÇMENT


31-01-2013, 14:58
AĞCABƏDİNİN İCRA BAŞÇISINA QARŞI İMPİÇMENT
ŞAHİN MƏMMƏDOV SAHİBKARLARI NARAZI SALIB

DİA.AZ: - Az qala bütün ölkə əhalisinin ayaqlandığı bir məqamda Ağcabədidən də redaksiyamıza ilginc faktlar ötürülüb. Belə ki, DİA.AZ-a rayondakı qaynaqlardan verilən xəbərdə bildirilir ki, rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovdan narazı olan bir qrup sahibkar prezident İlham Əliyevin adına müraciət hazırlayırlar.

Mənbəmiz bildirir ki, icra hakimiyyəti adından incidilən sahibkarların hazırladığı müraciətdə Şahin Məmmədovun istefaya göndərilməsi prezidentdən xahiş edirlər: «Artıq müraciət hazırdır və 20-dən artıq yerli sahibkar müraciəti imzalayıb. İndi müraciət müəllifləri kənbəkənd düşərək digər sahibkarların da imzalarını toplamaqla məşğuldurlar».

Məlumatda bildirilir ki, Şahin Məmmədova qarşı etimadsızlıq kampaniyasının başlamasına səbəb bir neçə gün əvvəl rayon Ağabəyli kəndində baş verən etiraz aksiyası olub: «Aksiyaya səbəb isə yerli icra strukturlarının sahibkarlara kredit verilməsində yol verilən özbaşınalıq, pulların düzgün bölüşdürülməməsi və icra başçısının yaxın adamları tərəfindən ayrılan vəsaitin məniimsənilməsi faktları olub».

DİA.AZ-a danışan mənbə iddia edir ki, artıq icra başçısına öz tələblərini çatdıran sahibkarlar prezidentə müraciət yolladıqdan sonra, etiraz aksiyalarına da tədarük görəcəklərini bildiriblər.

Geri qayıt