Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOVDAN DAHA BİR İSTEFA ƏRİZƏSİ

MİSİR MƏRDANOVDAN DAHA BİR İSTEFA ƏRİZƏSİ


31-01-2013, 12:49
MİSİR MƏRDANOVDAN DAHA BİR İSTEFA ƏRİZƏSİ
TƏHSİL NAZİRİ RAMİZ MEHDİYEVİN NİYYƏTİNİ BELƏ ÖNLƏMƏK İSTƏYİR

DİA.AZ: - Təhsil naziri Misir Mərdanov istefa verməyə hazırlaşır. Bu şok məlumatı DİA.AZ-a nazirlikdəki mənbələr çatdırıb. Qaynağın iddia etdiklərinə görə, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hədəfinə çevrilən Misir Mərdanov artıq məsələlərin nə yerdə olduğunun fərqinə varıb.

Mənbənin söylədikləri: «Ramiz Mehdiyev son aylarda düşdüyü situasiyadan çıxa bilməsi üçün az qala ölkəni qarışdıracaq planların icrası ilə məşğuldur. Onlardan biri də məhz Misir Mərdanovun səs-küylü şəkildə istefaya göndərilməsindən ibarətdir. Artıq bu yöndə müəyyən addımlar atılıb».

Xatırladaq ki, bir neçə gjün əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev antikorrupsiya tədbirlərinin gücləndirilməsilə bağlı etdiyi çıxışında ən acınacanqlı durumun yaşandığı təhsil sahəsindəki korrupsiyanın qarşısının alınmasının vacibliyindən danışmışdı.

Mənbəmiz bildirir ki, əslində Ramiz Mehdiyev Misir Mərdanovun gedişinə fətva verib bu çıxışı ilə: «Bunu yaxşı anlayan Misir Mərdanov himə bəndmiş kimi istefa ərizəsini yazaraq Prezident Administrasiyasına göndərib. Hələlik nazirin bu addımına hansı reaksiyanın veriləcəyi məlum deyil».

Geri qayıt