Əsas Səhifə > Güney Press, Araşdırma > ERMƏNİLƏR TOY-BAYRAM EDİRLƏR Kİ…

ERMƏNİLƏR TOY-BAYRAM EDİRLƏR Kİ…


31-01-2013, 12:01
ERMƏNİLƏR TOY-BAYRAM EDİRLƏR Kİ…
AZƏRBAYCAN MANE OLA BİLMƏYİB

DİA.AZ: - Ermənistan tərəfi sevinc içindədir. Buna səbəbsə düşmən ölkənin BMT-nin Kosmosun Sülh məqsədilə İstifadəsi Komitəsinə (COPUOS) üzv seçilməsidir. DİA.AZ-ın erməni mətbuatına istinadən verdiyi xəbərdə qeyd olunur ki, bu üzvlük məsələsini əməlli-başlı toy-bayram ovqatına çevirən düşmənlərimiz iddia edirlər ki, guya Azərbaycan tərəfi Ermənistənın COPUOS-a üzvlüyünə qarşı imiş və hətta bu məqsədlə iş də aparırmış.

Amma guya ki, Azərbaycan buna nail ola bilməyib. Erməni mətbuatı iddia edir ki, Azərbaycan tərəfinin bütün çabalarına rəğmən ermənistan qeyd olunan komitəyə böyük səs çoxluğu ilə üzv seçilib ki, bundan sonra da Ermənistana kosmosdan sülh məqsədilə istifadə üçün beynəlxalq icazə verilib.

Geri qayıt