Əsas Səhifə > Hadisə, Manşet > İMİŞLİDƏ VƏZİYYƏT KULİMİNASİYA HƏDDİNƏ ÇATIB

İMİŞLİDƏ VƏZİYYƏT KULİMİNASİYA HƏDDİNƏ ÇATIB


31-01-2013, 11:21
İMİŞLİDƏ VƏZİYYƏT KULİMİNASİYA HƏDDİNƏ ÇATIB
İCRA BAŞÇISI FÖVQƏLADƏ MÜŞAVİRƏ ÇAĞIRARAQ MÜAVİNLƏRİ DANLAYIB

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin də durumu olduqca ağır səviyyədədir. Belə ki, rayonda hələ də qüvvəsində qalan üsyan ab-havasını yatırması, narazı vətəndaşların maraqları təmin etməsi üçün icra başçısına yuxarı instansiyalar tərəfindən ciddi tapşırığın verilməsi barədə məlumatlar almışıq.

DİA.AZ-a rayondakı qaynaqlar tərəfindən ötürülən informasiyada bildirilir ki, İmişli icra hakimiyyətində fövqəladə toplantı keçirilib və toplantıda məqsəd məhz son günlərdə mətbuatda yer alan materialların təftişi olub.

Xatırladaq ki, portalımız tərəfindən İmişli rayon icra hakimiyyəti başçısının rayonda abadlıq işlərini həyata keçirmiş 600-ə yaxın fəhlənin əməkhaqqısını verməməsi barədə xəbər yayılmışdı və məlumatda bildirilirdi ki, Vilyam Hacıyevdən narazı olan fəhlələr icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Onu da qeyd edək ki, hələ Samuxda icra başçısı olarkən yerli iş adamlarından biri - Samux Asfalt Beton Zavodunun sahibi Nəsrulla Nəzərovun yarım milyon manata yaxın pulunu mənimsəyən Vilyam Hacıyev eyni qaydada İmişlidə də sahibkarların və fəhlələrin pulunu mənimsəyib. Və bu məlumatı yaymağımıza olduqca təpgili reaksiya verən icra hakimiyyətinin nümayəndəsi bir neçə gün əvvəl DİA.AZ-a hədələrini yağdırıb ki, artıq bununla bağlı da hüquqi addımların atılması üçün redaksiyamız tərəfindən gərəkən işlər görülməkdədir.

İmişlidəki son durumla bağlı DİA.Az-a xəbər verən qaynaq iddia edir ki, mətbuatda gedən yazılara görə təcili müşavirə təyin etdirən İcra Başçısı Vilyam Haciyev birinci muavinini müşavirə iştirakçılrının qarşısında danlayaraq mətbatda gedənlərə görə onun günahkar olduğunu bildirib.

Mənbənin söylədikləri: «Vilyam Haciyev müvininə «mən sənə 5 milyon pul vermişəm hanı o pullar? Niyə camaat ayağa qalxmalıdır? Niyə sahibkarlar mətbuata, dövlət rəhbərliyinə üz tutmalıdır?» deyə hücum da çəkib».

Mənbə müşavirədə İcra hakiminin Memarlıq şöbəsinin müdiri Emin Fərzəliyevində danladığını da bildirir: «Vilyam Hacıyev öz müvinini ona saxta sənədlərə, ygni məktəblərlə bağlı sənədlərə imza atdırdığına görə danlamağa başlayıb».

Onu da bildirək ki, redaksiyamıza İmişlidəki orta məktəblərə ayrılan vəsaitlərin mənimsənilməsilə bağlı ilginc faktlar da daxil olub ki, həmin bilgiləri də yaxın günlərdə sizinlə paylaşacağıq.

Xatırladaq ki, 2 gün öncə 16 sahibkar 2,5 milyon manatın Vilyam Haciyev tərəfindən məniməsinlməsi ilə bağli Preidentə müraciət ünvanladılar. Bundan əlavə isə 600-ə yaxın fəhlənin pulunu almaması ilə bağlı İmişlidə aksiya keçiriləcəyi də bəyan olunub.

Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin.

Geri qayıt