Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İLGİNC: ERMƏNİLƏRİN BƏRDƏ ÇAŞQINLIĞI

İLGİNC: ERMƏNİLƏRİN BƏRDƏ ÇAŞQINLIĞI


31-01-2013, 10:55
İLGİNC: ERMƏNİLƏRİN BƏRDƏ ÇAŞQINLIĞI
CƏBHƏ XƏTTİNDƏ "AVROPA ŞƏHƏRİ"

Ermənilər Rusiyada yayımlanan televiziya kanallarından birinə etiraz məktubu göndərib. “OLAYLAR”-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb televiziya kanalında Bərdə rayonu ilə bağlı nümayiş eidlən reportaj olub.

Reportajda cəbhə xəttindən 15 kilometr məsafədə yerləşən Bərdədə həyata keçirilən quruculuq-abadlıq işləri, infrastruktur layihələri barədə məlumatlar əks olunub. Lakin ermənilər iddia ediblər ki, görüntülər heç də Bərdə rayonundan deyil və telekanal Avropa şəhərlərindən birini Bərdə adı ilə təqdim edərək ictimaiyyəti çaşdırır.

Bərdə rayonunda bu səviyyədə inkişafın olmasına inanmadıqlarını bildirən ermənilər telekanaldan yalnışlığı düzəltməyi tələb ediblər.

Geri qayıt