Əsas Səhifə > Şou-biznes > “YARPAQ TÖKÜMÜ”NÜN OĞUZU BAKIYA GƏLƏ BİLMİR

“YARPAQ TÖKÜMÜ”NÜN OĞUZU BAKIYA GƏLƏ BİLMİR


22-11-2011, 10:47
“YARPAQ TÖKÜMÜ”NÜN OĞUZU BAKIYA GƏLƏ BİLMİR

“O, SƏFƏRDƏN İSTƏMƏYƏRƏK İMTİNA EDİB”

Xəbər verdiyimiz kimi noyabrın 23-də "Xəyal production" bir çox ünlüləri mükafatlandıracaq. Bunların arasında həm yerli, həm də Türkiyənin tanınmış simaları var. Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Milli.Az xəbər portalına bildirib ki, həmin gecə ona "İlin ən yaxşı modeli" nominasiyasının veriləcəyi gözlənilir.

Qeyd edək ki, törənə azərbaycanlı modelin həyat yoldaşı, türk kinosunun tanınmış ismi Tolqa Karel də dəvətli idi. Lakin o, gələ bilməyəcək.

Günay xanım bildirdi ki, həyat yoldaşı serial çəkilişləri ilə bağlı olaraq səfərdən istəməyərək imtina edib.


Geri qayıt