Əsas Səhifə > Şou-biznes > “FALÇI DEMİŞDİ MƏNƏ”

“FALÇI DEMİŞDİ MƏNƏ”


21-09-2011, 14:01
“FALÇI DEMİŞDİ MƏNƏ”

MÜĞƏNNİ SAMRİNA QƏZADAN NECƏ XƏBƏR TUTUB?

Məlum olduğu kimi, gənc müğənni Samrina bu yaxınlarda özünün idarə etdiyi "Porshe" avtomobili ilə qəzaya uğrayıb. Qəza zamanı anasının da yanında olduğunu, onun da müəyyən qədər xəsarət aldığını mətbuata açıqlayan müğənni bu olay barədə əvvəldən xəbərdarlıq aldığını da etiraf edib.

Samrina "Biz+"jurnalına verdiyi açıqlamasında da bu barədə danışır: "Məni möcüzə xilas etdi. Anam da qəza zamanı yanımda idi. Etiraf edim ki, bir neçə il əvvəl bir görücü bu qəza ilə bağlı mənə xəbərdarlıq etmişdi. Amma mən ona inanmamışdım".

Geri qayıt