Əsas Səhifə > Ölkə, Manşet > LERİK SAKİNLƏRİ İQBAL MƏMMƏDOVU ƏL-ƏL GƏZİRLƏR

LERİK SAKİNLƏRİ İQBAL MƏMMƏDOVU ƏL-ƏL GƏZİRLƏR


30-01-2013, 14:39
LERİK SAKİNLƏRİ İQBAL MƏMMƏDOVU ƏL-ƏL GƏZİRLƏR
RAYON CAMAATININ DEPUTATA DEYİLƏSİ SÖZÜ VAR

DİA.AZ: - 78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədovla bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Bir qrup Lerik rayon sakini adından DİA.AZ-a daxil olan məktubda bildirilir ki, rayon camaatı illərdir İqbal Məmmədovun üzünü görə bilmirlər.

Şikayət məktubunda deyilir: «Bu gün Lerik tam olaraq İqbal Məmmədov tərəfindən özəlləşdirilib. Hər yerdə onun obyektləridir. Dəfələrlə rayondakı problemlərlə bağlı ona müraciət etmək istəsək də, alınmayıb. Elə barəsində ancaq qəzetlərdə oxuyur, şəkillərini qəzetlərdə görürük. Bizim üçün deputatı görmək möcüzəyə bərabərdir».

Sakinlər bildirir ki, deputatın rayondakı obyektləri də Lerik sakinləri üçün bir qəzəb əhəmiyyətini daşımaqdadır: «Hamı onun kimi imkanlı deyil. Amma bahalı-bahalı maşınlarda gəlib-gedən turistlər, imkanlı şəxslər hər gün gözümüzhün qabağındadır. Biz paxıl deyilik. Amma belə də olmaz. Bu qədər sərvətdən gözü doymayıbmı? Elə isə imkan verəydi, leriklilər onların haqq səsini eşidən birisini deputat seçəydilər, o da dara düşəndə camaatın yanında olaydı».

Sakinlər redaksiyamıza müraciətlərində onu da bildiriblər ki, əgər İqbal Məmmədovla əlaqə yarada bilsək, ona bir neçə suallarının çatdırılmasını da istəyiblər: «Sonuncu dəfə İqbal Məmmədov hansı şikayətçini qəbul edib? Sonuncu dəfə İqbal Məmmədov Lerikdə rayon sakinləri ilə nə zaman görüş keçirib? İqbal Məmmədov şəxsi biznesindən kənar, hansısa lerikliyə dəstək olubmu?»

Geri qayıt