Əsas Səhifə > Cəmiyyət > ZƏRƏRİN AZALDILMASI ŞƏBƏKƏSİ TƏDBİR DÜZƏNLƏDİ

ZƏRƏRİN AZALDILMASI ŞƏBƏKƏSİ TƏDBİR DÜZƏNLƏDİ


21-11-2011, 19:07
ZƏRƏRİN AZALDILMASI ŞƏBƏKƏSİ TƏDBİR DÜZƏNLƏDİ

“VƏTƏNDAŞ CƏMİYYƏTİ NÜMAYƏNDƏLƏRİ BİRGƏ İŞLƏMƏSƏLƏR”...

“Zərərin Azaldılması” şəbəkəsi 18 noyabrda öz ofisində şəbəkəyə üzv olan təşkilatlarla birgə əhəmiyyətli görüş keçirib. Bu barədə DİA.AZ-a verilən məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan zərərin azaldılması şəbəkəsinin koordinatoru Rüfət Nəsibov bildirib ki, 2010-2012 ci il üçün nəzərdə tutulmuş layihə artıq bitmək üzərədir.

Qurum 2012 -2014 –cü il üçün isə Səhiyyə Nazirliyi zərərin azaldılması ilə bağlı layihə təqdim edəcək. Zərərin azaldılması ilə bağlı Qanunvericilikdə nəzərdə tutulmuş 20 – maddədən irəli gələn həyata keçirilməsi vacib olan işlər üçün vətəndaş cəmiyyətinin vəkillik fəaliyyəti bu il daha da genişlənməlidir. Bu fəaliyyətin genişlənməsi üçün vətəmdaş cəmiyyəti nümayəndələri davamlı olaraq tədbirlər, aksiyalar keçirməli, yeni ideyalar və yeni iş üsulu tətbiq etməlidir. Rüfət Nəsibov bildirdi ki, HiV- lə bağlı Səhiyyə Nazirliyinin və AİDS mərkəzinin epidemoloji tədiqatlarının nəticələri bu il rəsmi olaraq açıqlanmayıb. Gələn həftə üçün nəzərdə tutulmuş mətbuat konfransında bu da müzakirə olunacaq.

Çıxış sözünü alan “Zərərin Azaldılması şəbəkəsinin” direktoru Mehriban Zeynalova qeyd edib ki, dünyada zərərin azaldılması birgə fəaliyyət planı kimi nəzərdə tutulub: “Bizdə isə bu sahədə QHT –lərin üzərinə böyük yük düşür. Vətəndaş cəmiyyəti nümayəndələri birgə və aktiv işləməsələr 20- ci maddədən irəli gələn məsələlərin həllində vəkillik işi ləng gedəcək. Şəbəkə üzvlərinin aktivliyini artırmaq və canlanma yaratmaq üçün gələcək planda üzvlərin yalnız reproduktiv sağlamlıqla bağlı fəaliyyəti yox, eyni zamanda insan haqları ilə bağlı olan bütün məsələlərdə münasibət bildirmələri vacib hesab ediləcək. Eyni zamanda regionlarda görüşlərin və 20-ci maddədə nəzərdə tutlmuş planların həyata keçirilməsi üçün ictimai vəkillik funksiyası ilə bağlı təbliğat xarakterli işlərin sayı artırılacaq”.


Geri qayıt