Əsas Səhifə > Güney Press, Araşdırma > QƏBƏLƏDƏ YERLİ SAKİNLƏRƏ "2-Cİ SORT" MÜAMİLƏSİ

QƏBƏLƏDƏ YERLİ SAKİNLƏRƏ "2-Cİ SORT" MÜAMİLƏSİ


30-01-2013, 12:20
QƏBƏLƏDƏ YERLİ SAKİNLƏRƏ "2-Cİ SORT" MÜAMİLƏSİ
OTELLƏRDƏ QƏBƏLƏLİLƏRƏ İŞ YOXDUR

Qəbələ rayonunda özbaşınalıq ən yüksək həddə çatıb. TİA.AZ xəbər verir ki, rayondakı iaşə və xidmət sahələrində yerli sakinlərin əvəzinə, xaricdən gətirilmiş şəxslərdən istifadə olunur.

Keçmiq İsmayıl Bəy Qutqaşınlı, hazırkı Heydər Əliyev və Məcid Mərdanov küçələrinin sakinləri bildirirlər ki, üzləşdikləri problemlə bağlı dəfələrlə rəsmi qurumlara müraciət ediblər. Onlar TİA.AZ deyiblər ki, Qəbələdə Türkiyə, Rusiya və digər ölkədən gətirilmiş şəxslər işlə təmin olunurlar. Halbuki rayon sakinlərinin bu işlərə daha çox ehtiyacı var. Amma rəsmi qurumlar bu məsələdə susurlar.

Bu azmış kimi, Rusiya və Türkiyədən gələn iş adamları da rayonda və ona yaxın kəndlərdə massaj salonları və digər iaşə və xidmət obektləri açırlar. Elə onlar da yerli iş adamları kimi, işçiləri kənardan gətirməyə üstünlük verirlər. Otellərdə belə yalnız xaricilərin işləmək hüququ varmış.
TİA.AZ xəbər verir ki, problem bununla da yekunlaşmır. Məsələ belədir ki, həmin salonlara və iaşə obyektlərinə xeyli sayda məmurlar gəlirlər. Elə buna görə də, yerli sakinləri günün müəyyən saatında küçələrə çıxmağa icazə vermirlər. Dəfələrlə belə halların yaşanmasına etiraz edilsə də, hər dəfəsində həbslər həyata keçirilib. Onlar bildirirlər ki, elə buna görə də, kimsə qorxusundan səsini çıxara bilmir.

Geri qayıt