Əsas Səhifə > Güney Press, Araşdırma > QARDAŞI RÜSTƏM İBRAHİMBƏYOVA QARŞI ÇIXDI

QARDAŞI RÜSTƏM İBRAHİMBƏYOVA QARŞI ÇIXDI


30-01-2013, 12:14
QARDAŞI RÜSTƏM İBRAHİMBƏYOVA QARŞI ÇIXDI
"MƏN BELƏ DÜŞÜNÜRƏM Kİ"...

“Ziyaylılar Forumu”nun təsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyov son dövlər hakimiyyət əleyhinə kəskin ittihamları, müxtəlif mətbuat orqanlarına müsahibələri zamanı qarşıdan gələn seçkilərdə hakimiyyət dəyişikliyi olacağı haqqında açıqlamaları ilə gündəmdədir. Rüstəm İbrahimbəyovun qardaşı, yazıçı Maqsud İbrahimbəyov qardaşının siyasi baxışları ilə bağlı mövqeyini açıqlayıb.

Editor.az-a eksklüziv açıqlamasında Rüstəm İbrahimbəyovun qardaşı, keçmiş deputat Maqsud İbrahimbəyov Prezident İlham Əliyevi dəstəklədiyini söylədi: “Mən həmişəki mövqeyimdə qalıram. Düşünürəm ki, Azərbaycanın gələcəyi İlham Əliyevin adı ilə bağlıdır və bu səbəbdən Cənab Prezidentin hakimiyyətdə qalmasını arzu edirəm. Bu məqsədlə keçiriləcək seçki təbliğat kampaniyasında da iştirak etmək niyyətindəyəm”.

“Qardaşınız Rüstəm İbrahimbəyov isə hakimiyyətin dəyişməsini tələb edir. Onun bu açıqlamalarını necə qiymətləndirirsiniz?” sualımıza Maqsud İbrahimbəyov sualla cavab verdi. “Rüstəm İbrahimbəyovun neçə yaşı var?” sualına cavabımızı gözləmədən “hər halda 18-dən çoxdur” şəkilində reaksiya verərək, bunun onun öz işi olduğunu bildirdi.

Geri qayıt