Əsas Səhifə > Cəmiyyət > SƏHƏRKİ GÜLLƏLƏNMƏ İLƏ BAĞLI ŞOK FAKTLAR
SƏHƏRKİ GÜLLƏLƏNMƏ İLƏ BAĞLI ŞOK FAKTLAR21-11-2011, 19:00 |
QATİLİ YAXALAYIBLAR: ƏLAVƏ MƏLUMATLAR VAR Bakı şəhərində iki nəfəri güllələyən şəxs həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Buzovna sakini, 1965-ci il təvəllüdlü Rahib Rəsulov olduğu müəyyənləşib. R. Rəsulov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. APA-nın əldə etdiyi məlumatlara görə, hadisə zamanı öldürülən Hikmət Babayev Maştağa sakinidir. O, Sabunçu rayonunda ev alğı-satqısı məşğul olurmuş. Tərəflər arasında mübahisənin də pul üstündə düşdüyü bildirilir. Digər məlumatlara görə, qətlə yetirilən H. Babayevin atası Əmirağa Babayev bir neçə il əvvəl Abşeron Rayon Polis İdarəsinin sabiq rəisi Cahangir Hüseynovu güllələyərək, ağır yaralayıb. Bu və digər ağır cinayətlərdə əli olan Ə. Babayev ömürlük azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu gün saat 13.30 radələrində paytaxtın Xəzər rayonunda silahlı insident olub. “Mercedes” markalı avtomobildə olan naməlum şəxslər iki nəfəri güllələyərək hadisə yerindən qaçıblar. Hadisə zamanı 1979-cu il təvəllüdlü Hikmət Babayev aldığı güllə yarasından dünyasını dəyişib. Daha bir nəfər, 28 yaşlı Rasim Bəybala oğlu Zəkiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır. Geri qayıt |