Əsas Səhifə > Siyasət, Manşet > LƏNKƏRAN AĞSAQQALLARI DA İKİYƏ BÖLÜNÜB

LƏNKƏRAN AĞSAQQALLARI DA İKİYƏ BÖLÜNÜB


30-01-2013, 10:34
LƏNKƏRAN AĞSAQQALLARI DA İKİYƏ BÖLÜNÜB
AĞSAQQALLAR ŞURASI MÜSAVAT BAŞQANININ ƏLEYHİNƏ BƏYANAT YAYDI

DİA.AZ: - Müsavat başqanı İsa Qəmbərin Lənkərana iki dəfə səfər etmə cəhdi sözügedən rayonda da böyük ajiotaj yaradıb. Belə ki, bir qrup İsa Qəmbərə dəstəyini ifadə edərək, Müsavat başqanını yenidən Lənkəranda görmək istədiklərini bildiriblər. Bu gün isə DİA.AZ-a Lənkəran ziyalıları adından, amma əks fikri ifadə edən yeni müraciət daxil olub.

Həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik: “Yaydığınız məlumatlara görə, guya “Talış Ağsaqqallar Şurası” adlı təşkilat Müsavat partiyasının sədri İsa Qəmbərin Lənkərana səfərini dəstəkləyir, ona etiraz edənləri pisləyir və sairə.
Bəyan edirik ki, yaydığınız məlumatlar tamamilə yalan və iftiradır.
Atalar yaxşı deyib: “Yalan ayaq tutar, amma yeriməz”.
Sizlər xislətinizə uyğun düşünərək yenə də xalqı aldatmağa çalışırsınız.
Əvvələn, nə Lənkəranda, nə də başqa yerdə özünüzdən uydurduğunuz “Talış Ağsaqqallar Şurası” adında təşkilat yoxdur.
Lənkəran Rayon Ağsaqqallar Şurası var və bu təşkilatda da sizin düşündüyünüzdən fərqli olaraq Azərbaycan dövlətinə, Azəbaycançılıq ideallarına, Azərbaycan xalqının milli birliyinə sədaqətli insanlar birləşiblər. Onlar da nə İsa Qəmbərlə, nə də onun ətrafında olan gerizəkalı insanlarla görüşmək arzusunda deyillər. Çünki İsa Qəmbərin hakimiyyətdə olduğu dövr elə bu ağsaqqalların yaxşı yadındadır. Azərbaycan xalqını türkə, talışa, ləzgiyə, kürdə bölən sizlər deyildinizmi? Azəbaycanın Talışıstan, Ləzgistan, Kürdüstan adları altında bölünməsinə şərait yaradanlar sizlər və sizin başbilənləriniz deyildimi? O dəhşətli günləri Allah bir daha xalqımıza göstərməsin.
Atalar bunu da yaxşı deyib: “Utanmasan oynamağa nə var ki”.
İndi talışlardan özünüzə sipər düzəltməyə çalışırsınız. Əbəs yerə belə cəhdlər göstərirsiniz. Çünki mətbuat səhifələrində şərəf və ləyaqətlərini təhqir etdiyiniz Lənkəran sakinləri buna heç vaxt imkan verməzlər.
Əvvələn, utanmadan, həyasızcasına öz həmyerliləriniz barədə söylədiyiniz hərzə-hədyan, nalayiq ifadələr sizin nə qədər Lənkəran təəssübkeşi olduğunuzu ortaya qoyur.
İkincisi, sizin guya özünüzə doğma saydığınız Lənkəran gündən-günə inkişaf edib gözəlləşir. Hər yanda quruculuq-abadlıq işləri görülür, sosial problemlər həll olunur. Sakinlər bütün bunları böyük sevinclə qarşılayırlar. Qədirbilən xalqımız yaxşı başa düşür ki, bu böyük işlər bugünkü siyasi sabitliyin, əmin-amanlığın və vətəndaş həmrəyliyinin hesabına mümkün olmuşdur.LƏNKƏRAN AĞSAQQALLARI DA İKİYƏ BÖLÜNÜB

Görəsən bunlar sizləri niyə sevindirmir? Nədən bu inkişafdan xoşunuz gəlmir? Nə üçün xalqın dinc həyatını, əminamanlığını yenidən pozmağa cəhd edirsiniz? Siz bu xalqa nə vermisiniz və ondan nə istəyirsiniz?
Bir daha deyirik: Axı, siz bir dəfə hakimiyyətdə oldunuz və bu xalqın başında siyasi dəlləkliyi öyrənməyə çalışdınız. Nəticədə Azərbaycan xalqı böyük bəlalarla üzləşdi. Böyük əziyyətlər bahasına bu bəlalardan xilas olmuşuq, rəvan inkişaf yoluna çıxmışıq. Yenidən bizi o qarmaqarışıq illərəmi qaytarmaq istəyirsiniz?
Bu mümkün olmayacaq! Müdrik xalqımız seçdiyi düz yoldan heç vaxt geri dönməyəcək!
Heç kim unutmasın ki, bu xalqın heysiyyatı ilə oynamaq istəyənlər daha dəhşətli şəkildə bu xalqın qəzəbinə tuş gələcəklər! Sizin bütün təxribatlarınız xalqımızın qətiyyətli etirazı ilə iflasa uğrayacaq!



Lənkəran rayonunun ağsaqqalları adından:

1. Kələntərli Kamal- Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri
2. Məmmədov Sərhad- Ağsaqqallar Şurasının sədr müavini
3. Talışlı Hacı Mirhaşım- Ağsaqqallar Şurasının sədr müavini
4. Əliyev Hacı Ələkbər- Ağsaqqallar Şurasının üzvü
5. Musayev Hacı Mərafət-Ağsaqqallar Şurasının üzvü
6. Məhərrəmov Barat- Ağsaqqallar Şurasının üzvü
7. Bağırov Fərəməz- Ağsaqqallar Şurasının üzvü
8. Əliyev Surxay- Ağsaqqallar Şurasının üzvü
10. Nabatov Dadaş- Ağsaqqallar şurasının üzvü
11.Süleymanlı Siyavuş-Ağsaqqallar Şurasının üzvü”

Geri qayıt