Əsas Səhifə > Cəmiyyət > BAKIDA EV PARTLADI

BAKIDA EV PARTLADI


21-11-2011, 18:48
BAKIDA EV PARTLADI

HADİSƏ TÜRMƏNİN YAXINLIĞINDA OLUB

Bakıda yaşayış evində partlayış olub. APA-nın məlumatına görə, hadisə bu gün saat 17.30 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Əliyev küçəsində, 16 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Təbii qaz sızmasından meydana gələn partlayış sonradan yanğına keçib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, baş vermiş hadisə nəticəsində mənzildə olan 5 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb. Məlumata görə, onların 5-i də bir ailənin üzvləridir. Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt