Əsas Səhifə > Ölkə, Manşet > BİR NEÇƏ RAYONDA EYNİ VAXTDA ÜSYAN OLARSA…

BİR NEÇƏ RAYONDA EYNİ VAXTDA ÜSYAN OLARSA…


29-01-2013, 12:54
BİR NEÇƏ RAYONDA EYNİ VAXTDA ÜSYAN OLARSA…
HAKİMİYYƏTİN EHTİYAT ETDİYİ «EHTİYAT VARİANT»

DİA.AZ: - Bu gün yerli mətbuatda bütün rayon icra hakimiyyətlərinin başçılarına hakimiyyətin yuxarı instansiyasından üsyan xəbərdarlığı edilməsilə bağlı məlumatlar yayılıb. Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq belə bir xəbərdarlığın həqiqətən də edildiyini vurğulayıb:

«Artıq bir neçə gündür ki, demək olar bütün rayon icra hakimiyyətlərində toplantılar keçirilir. Həmin toplantılarda məqsəd yerli əhalidə qıcıq yarada biləcək istənilən bir addımın qarşısının yerindəcə alınması, belə bir şəraitin yetişdirilməsinin əngəllənməsi təlimatlarının yerli məmurlara çatdırılmasıdır».

Mənbəmiz iddia edir ki, hər bir rayona Bakıdan xüsusi olaraq göndərilmiş şəxslər tərəfindən yeni təlimatlar çatdırılıb: «Hakimiyyət özü də yaxşı bilir ki, istənilən bir bölgədə üsyan alovlana bilər. Və ən dəhşətliisi o olar ki, üsyan dalğası eyni vaxtda bir neçə rayonu əhatə etsin. Bu zaman nə polisin, nə də daxili qoşunların imkanı çatmaz ki, baş verənlərin qarşısını alsın».

Məhz belə bir təhdidin məlumatını əldə edən hakimiyyət orqanlarının indidən önləyici tədbirlərə əl atdığını bildirən mənbəmiz onu da vurğuladı ki, yeni təlimatlara əməl etməyən icra başçıları və məmurlar ən sərt formada cəza alacaqlar: «Onlara bəri başdan xəbərdarlıq edilib».

Geri qayıt