Əsas Səhifə > Cəmiyyət > MÜXALİFƏTÇİLƏR ÜSYANA GÖRƏ DİNDİRİLİB

MÜXALİFƏTÇİLƏR ÜSYANA GÖRƏ DİNDİRİLİB


29-01-2013, 12:34
MÜXALİFƏTÇİLƏR ÜSYANA GÖRƏ DİNDİRİLİB
İSMAYILLI OLAYLARI KİMİN AYAĞINA YAZILIR?

Müsavat Partiyasının başqan yardımçısı Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıblar. Bu barədə məlumatı Musavat.com-a Tofiq Yaqublu verib. Onun sözlərinə görə, idarədə müstəntiq Nadir Mirzəyev tərəfindən iki saata yaxın dindirilib. İki siyasətçinin istintaqa çağırılmasına səbəb İsmayıllı üsyanı günlərində bu rayona səfər etmələri olub. Tofiq Yaqublu bildirdi ki, yanvarın 24-də İsmayıllıda olub.

"Məndə İsmayıllıya niyə getdiyimi soruşurdular. Mən belə başa düşdüm ki, İsmayıllı olaylarını siyasi partiyalarla bağlımaq istəyirlər. Çünki müstəntiq açıq şəkildə bildirdi ki, onlarda mən və İlqar Məmmədovun İsmayıllıda əhalini iğtişaşlara səsləməyimiz barədə məlumatlar var", - Tofiq Yaqublu deyib.

Geri qayıt