Əsas Səhifə > Partiya > "HAKİMİYYƏT HEÇ KİMDƏN QORXMUR"

"HAKİMİYYƏT HEÇ KİMDƏN QORXMUR"


29-01-2013, 12:12
"HAKİMİYYƏT HEÇ KİMDƏN QORXMUR"
"İSA QƏMBƏR ÖZÜNÜ ŞİŞİRTMƏKLƏ MƏŞĞULDUR"

“İsa Qəmbərin məqsədi Lənkəranda müsavatçılarla görüşmək deyildi. O sadəcə qanunu pozduğuna görə, ona qarşı tədbir görüləcəyini bilirdi və gözlənilən hadisədən “siyasi şou” düzəltməyə hazırlaşırdı”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin depuatatı, professor Astan Şahverdiyev söyləyib.
Onun sözlərinə görə, müxalifət mətbuatının bu hadisəni hakimiyyətin İsa Qəmbərdən çəkinməsi kimi qələmə verməsi gülünc səslənir: “Hakimiyyət heç kimdən qorxmur. Sadəcə dövlətimizi özünün ruporu rolunda görmək istəyən dünya hegemonları Azərbaycanın uğurlarından əndişələnirlər. Başa düşürlər ki, ölkəmizin bu şəkildə inkişafı nə zamansa Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə də öz təsirini göstərəcək. Ermənistan adlı dövlət isə faktiki olaraq mövcud deyil. Sadəcə dünyaya səpələnmiş erməni lobbisi dünya birliyinin bu məsələdə ədalətsiz mövqe ortaya qoymasına və ermənipərəst siyasət yürütməsinə nail olub. İndiki halda isə regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Bu səbəbdən ölkəmizə qarşı ən yüksək səviyyədə təzyiq siyasətini işə salıblar. Müxalifət liderlərinin ölkədə təxribat törətmək cəhdlərinin arxasında da məhz bu maraqlar dayanır. Amma bütün təzyiqlərə baxmayaraq, Azərbaycan hakimiyyəti doğru bildiyi yoldan geri çəkilmir və çəkilməyəcək də”.
Müxalifətin onsuz da məğlubiyyətə uğrayacağına əminliyini ifadə edən millət vəkili hesab edir ki, İsa Qəmbər özünü şişirmətklə məşğuldur: “Azərbaycan müxalifətdə dərin siyasi keyfiyyətlərə malik bir lider yetişməyib. Bu səbəbdən də onlar müstəqil şəkildə siyasət yürüdə bilmirlər və ölkədə marağı olan xarici dairələrin əlində alətə çevriliblər”.

Geri qayıt