Əsas Səhifə > Cəmiyyət > ƏFLATUN AMAŞOV BAŞ PROKURORLUĞA MÜRACİƏT ETDİ

ƏFLATUN AMAŞOV BAŞ PROKURORLUĞA MÜRACİƏT ETDİ


21-11-2011, 17:39
ƏFLATUN AMAŞOV BAŞ PROKURORLUĞA MÜRACİƏT ETDİ

MŞ SƏDRİ MÜRACİƏTİNDƏ NƏLƏRİ İSTƏYİB?

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov yazıçı-jurnalist Rafiq Tağının səhhəti ilə maraqlanmaq üçün Klinik Tibbi Mərkəzdə olub. MŞ-dən APA-ya verilən məlumata görə, xəstəxanın baş həkimi və yazıçı-jurnalisti əməliyyat edən həkimlərlə görüşən MŞ sədrinə məlumat verilib ki, R.Tağının vəziyyəti ağır olsa da, hələlik həyati təhlükəsi yoxdur.

Bu gün, həmçinin Azərbaycan MŞ R.Tağıya sui-qəsdlə bağlı baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, baş vermiş hadisə ilə əlaqədar Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış cinayət işi, eləcə də prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər məsələyə həssas münasibət göstərildiyini deməyə əsas verir.

Müraciətdə eyni zamanda bildirilir ki, media ictimaiyyətində belə bir xoşagəlməz halın R.Tağının son vaxtlarkı mətbu çıxışları ilə bağlılığına dair fikirlər yayılmaqdadır. Bütün bunlara görə hadisəyə hüquqi qiymətin verilməsi, günahkarın və ya günahkarların tezliklə tapılaraq qanun qarşısında cavab vermələrinin təmin olunması vacibdir.


Geri qayıt