Əsas Səhifə > Cəmiyyət > HADİSƏLƏRDƏ RUSİYA VƏ İRAN "İZİ" VAR

HADİSƏLƏRDƏ RUSİYA VƏ İRAN "İZİ" VAR


25-01-2013, 12:23
HADİSƏLƏRDƏ RUSİYA VƏ İRAN "İZİ" VAR
POLİTOLOQDAN İSMAYILLI İLƏ BAĞLI AÇIQLAMA

Keçən il Qubada və ötən gün İsmayıllıda baş verən proseslər arasında paralellər aparmaq olar. Şimal regionlarında cərəyan edən hadisələrin Rusiyanın təxribatı kimi dəyərləndirmək olarmı?

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bunu istisna etmir. O bildirib ki, Rusiya ilə yanaşı, bu hadisələrdə İran faktorunu da kənarda saxlamaq olmaz.
“Hadisələrin səngiməməsi, təşkilati cəhətdən mükəmməl qurulması burada “gizli əl” olduğu haqda düşünməyə əsas verir. Bu da ancaq xarici ölkələrin agentura şəbəkəsinin bu bölgələrdə fəallığı ilə əlaqədardır. Bu bölgələrdə təkcə Rusiya yox, İranın da agentura şəbəkəsi güclü işləyir. Quba hadisələrində Rusiyanın “barmağı” üzə çıxdı. Mətbuata açıqlanmasa da istintaq bunu sübuta yetirən faktlar əldə etdi. Düzdür, hadisələrin gedişində müəyyən şəxslərin yekəbaşlığı rol oynasa da, sonradan məsələnin qızışdırılmasında, təşkilatlandırılmasında xarici ölkələrin xüsusi xidmət orqanlarının böyük “əməyi” var. Yerli məmur özbaşınalığı, yerlərdə insanların ehtiyaclarına kifayət qədər səmimiyyətlə yanaşılmaması başqa problemdir. Amma hər hansı məsələdən istifadə edib sosial qarşıdurmalara çevirəndə burada mütləq başqa bir qüvvənin əli olduğunu istisna etmək olmaz. Bu araşdırılacaq və mən güman edirəm ki, ya cənubdan molla faktoru, ya da şimaldan SSRİ-dən qalma agentura şəbəkəsinin fəaliyyəti üzə çıxacaq. Bu hadisələrin bir neçə səbəbi varsa, ən əsası xarici ölkələrin Azərbaycanı içəridən parçalamaq, qeyri-sabitliyə, gərginliyə təhrik etməsi göz önünə gəlir”, – deyə Q. Hüseynli bildirib.

Geri qayıt