Əsas Səhifə > Cəmiyyət > NOVRUZ ASLANIN TƏRLƏMİŞ GÖZLÜYÜ
NOVRUZ ASLANIN TƏRLƏMİŞ GÖZLÜYÜ25-01-2013, 11:57 |
DEPUTAT BAŞ VERƏNLƏRİ TƏKZİB ETDİ :) “Hazırda İsmayıllıda vəziyyət normaldır, sakitlik hökm sürür, hər kəs öz işi ilə məşğuldur”. Bu sözləri Modern.az-a açıqlamasında İsmayıllıdan deputat seçilən Novruz Aslan deyib. Deputat qeyd edib ki, o, hazırda da İsmayıllıdadır: “Rayona dünən gəlmişəm. Bildiyiniz kimi, hər cümə axşamı seçicilərimlə görüş keçirirəm. 15-20 nəfər qəbul edib, onların problemlərini müzakirə etmişik. İcra başçısı ilə də birlikdəyik, bir yerdə fəaliyyət göstəririk. Dünən elə onunla birlikdə yas mərasimində iştirak etmişik”. N.Aslan qeyd edib ki, etirazlar 15-20 nəfər gəncin aydın olmayan tələblərindən yaranıb ki, hansısa qüvvələr onların bu hərəkətlərindən istifadə etmək istəyirlər. “Yəni radikallaşma meyli göstərirlər. Fikrimcə, bunların siyasi tutumu artıq bəllidir. Çox cavan uşaqlardır, təbii ki, onların həyat mövqeləri tam formalaşmayıb. Onlarla adicə söhbətlər aparıb, hansısa bir istiqamətə yönəltməklə bu işləri həll etmək mümkündür. Biz də bu istiqamətdə fəaliyyət göstəririk”. İsmayıllıda baş verən hadisələri icra başçısı ilə Nizami Ələkbərovla danışdıqlarını deyən millət vəkili vurğulayıb ki, bu, onların müzakirə predmetidir. “Rayonda olan vəziyyəti, bunun hansı səbəblərdən yarandığını, hansı işlər görmək lazımdır və s. kimi məsələləri müzakirə etmişik. Çünki əgər belə vəziyyət yaranıbsa, bu, artıq bizim problemdir, bizim məsələdir, bunun həlli yolunu da biz müzakirə edirik”. Novruz Aslan vəziyyətdən çıxış yolunu əhali ilə daha sıx, daha yaxşı işləmək, ünsiyyətdə olmaq, onların problemləri ilə daha da yaxından məşğul olmaq, diqqətdə saxlamaq kimi istiqamətlərdə addımlar atmaqda görür. O eyni zamanda etirazlar zamanı bir uşağın ölməsi barədə yayılan xəbərləri də təkzib edib. “Münaqişədə nazirin oğlu, icra başçısının bacısı oğlu, sonra oğlu olması barədə deyilənlər yalan olduğu kimi, bu iddia da yalandır. Mən burdayam, heç kimin nə yası, nə də dəfni var. Mənə elə gəlir ki, sosial şəbəkələrdə bu cür düzgün olmayan informasiyalardan istifadə etmək yanlışlığa gətirib çıxardır”. Geri qayıt |