Əsas Səhifə > Partiya > İSA QƏMBƏRƏ LƏNKƏRAN QADAĞASI

İSA QƏMBƏRƏ LƏNKƏRAN QADAĞASI


25-01-2013, 11:53
İSA QƏMBƏRƏ LƏNKƏRAN QADAĞASI
"KONSTİTUTSİYADAN XƏBƏRSİZDİRLƏR"

Müsavat Partiyasının Lənkəran rayon təşkilatının sədri Yadigar Sadıqov sabah Müsavat başqanının Lənkərana gözlənilən səfəri barədə yerli qurumlarə xəbərdar edib.

Bu sözləri “Qafqazinfo” ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı İsa Qəmbərin ayın 27-də Lənkəran agözlənilən səfəri barədə məlumat verərkən qeyd edib.
Gülağa Aslanlı bildirib ki, Yadigar Sadıqova verilən cavabdan bəlli olur ki, Lənkran İcra hakimiyyəti Azərbaycan Konstitusiyasından xəbərsizdir: “Cavabda bildiriblər ki, İsa Qəmbərin Lənkərana səfərini məqsədəuyğun hesab etmirik. Konstitusiyada göstərilir ki, bir şəxs barəsində qəti hökm olmadan onun harasa getməsini məhdudlaşdırmaq, qadağan etmək olmaz”.

Gülağa Aslanlı bu dəfə də analoji hadisə təkrarlanmasını güman etmir: “Jurnalistləri də bizimlə birgə ora səfərə dəvət etmişik. Lənkəran ziyalıları, təşkilatları xəbərdardırlar. Əminəm ki, ağlı başında olan hər bir Lənkəran vətəndaşı bu hakimiyyətdən üstündür”.

Lənkıran ziyalılarının İsa Qəmbəri Lənkərana dəvət etmədikləri barədə bəyanatına da münasibət bildirən Müsavat başqanının müavini qeyd edib ki, o siyahıda çox təəssüf ki, ziyalı adını daşıyan bircə nəfər var: “Həmin şəxsin də 90 yaşı var. 1918-cil ildə Müsavat Partiyasının yaranmasında da iştirak edən şəxsdir. Mən əminəm ki, onun bu bəyanatndan heç xəbəri də yoxdur. Onun adından istifadə ediblər. Digər adamların hər bir isə ziyalı adından uzaq olan insanlardır”.

Geri qayıt