Əsas Səhifə > Güney Press, Araşdırma > DEPUTATIN FİRMASI HƏLƏ DƏ BORCLUDUR

DEPUTATIN FİRMASI HƏLƏ DƏ BORCLUDUR


25-01-2013, 10:41
DEPUTATIN FİRMASI HƏLƏ DƏ BORCLUDUR
ƏVƏZİNDƏ QƏZET REDAKSİYALARI BOĞULUR

“Qasid” mətbuat yayımı firmasının “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə borc problemi nə yerdədir?

“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev “Media forum” saytına deyib ki, vəziyyət olduğu kimi qalır: “Keçirdiyimiz etiraz aksiyalarına və çoxsaylı müraciətlərimizə baxmayaraq problem həll olunmur. “Qasid”in bizə 30 min manat borcu var, son vaxtlar bu məbləğin çox cüzi hissəsini qaytarıb. İnkişafımıza, fəaliyyətmizin güclənməsinə imkan verməmək üçün belə edirlər. Bu firma hökumət təşkilatıdır, istəsələr, məsələ tez bir zamanda həll olunar. Firmanın gecə-gündüz işləyən 180 köşkü var, amma borcu ödəmək istəmir”.

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanlı deyib ki, etiraz aksiyalarından sonra “Qasid” firması borcun çox az hissəsini ödəyib: “Bu, təbii ki, bizi qane etmir. Çünki problemlərimiz çoxdur, onları həll etmək üçün maliyyə lazımdır. Firmanın bizə 15 min manat borcu var, razılaşmışıq ki, bu məbləğin artmaması üçün ödənişlərin ardı kəsilməsin”.

Geri qayıt