Əsas Səhifə > Şou-biznes > PARQALININ NƏSLİ KƏSİLƏCƏK

PARQALININ NƏSLİ KƏSİLƏCƏK


25-01-2013, 09:43
PARQALININ NƏSLİ KƏSİLƏCƏK
TARİX KİTABLARI BELƏ YAZIR

Parqalı İbrahimin öldürülməsi ilə yenə gündəmə bomba kimi düşən "Muhteşem Yüzyıl" bir daha söz-sözhbətlərə təkan vermiş oldu. Belə ki, "Pargalının ölümü" adlı kitabın müəllifi, tarixçi Aykut Canın dediyinə görə, serialda möhtəşəm bir səhvə yol verilib. "Faktlara dayanaraq, açıqlayıram ki, Parqalının cəsədi serialda göstərildiyi kimi gündüz deyil, gecə saatlarında saraydan çıxarılıb. Üstəlik, bundan heç kimin xəbəri olmayıb. Digər tərəfdən isə Paşa saraydan əsl dövlət adamına uyğun - təntənəli şəkildə yola salınıb", -deyə tarixçi deyib.

Bir rəvayətə görə, Parqalı İbrahim Paşanın qəbri Galata Fındıklıda - Canfeda Tekkesi ətrafında və ya Şişhanedə - Tersane Zindanının yaxınlarındadır. Hətta bəzi tarixçilər onun qəbrinin olmadığını və meyitinin dənizə atıldığını söyləyirlər.

Bəzi tarix səhifələri sonradan Sultan Süleymanın digər əmrindən ağızdolusu bəhs edirlər. Sən demə,Qanuni Parqalının nəslini kəsmək üçün onun övladlarının da canını alır.

Ancaq biz izləyicilər ümid edirik ki, "Muhteşem Yüzyıl"da tarixin bu səhifəsini işıqlandırmazlar...

Geri qayıt