Əsas Səhifə > Şou-biznes > BRİLLİANT DADAŞOVA BİR GÜNDƏ 600 NƏFƏRLƏ DOSTLAŞIB

BRİLLİANT DADAŞOVA BİR GÜNDƏ 600 NƏFƏRLƏ DOSTLAŞIB


25-01-2013, 09:08
BRİLLİANT DADAŞOVA BİR GÜNDƏ 600 NƏFƏRLƏ DOSTLAŞIB
"FACEBOOK"DA GEC QALIB

"Artıq bir neçə gündür ki, “Facebook” sosial şəbəkəsində müğənni Brilliant Dadaşova BrilliantDadaşova(Suleyman) profilində yazır. Amma görünür, Süleyman adı bəzi mətbu orqanları çaşdırıb, hətta bunu “Brilliant Dadaşova kişi profilindən yazır” kimi qələmə veriblər. Əslində isə səbəb sadədir. Bilirsiniz ki, sosial şəbəkələrdə müğənnilərin adına saxta profillər açılır. Bəzən bir müğənninin 4-5, hətta daha çox adda profilinə rast gəlmək mümkündür. Brilliant Dadaşova da profil açarkən bu adda profillərin artıq mövcud olduğunun şahidi olub”.

Bu barədə Axşam.az saytına müğənni Brilliant Dadaşovanın mətbuat katibi Aynura Əhmədova məlumat verib.

“Brilliant Dadaşova adının qarşısına Süleyman sözünü əlavə etməklə saxta profillərdən fərqlənməyə çalışıb. Süleyman isə sənətçinin atasının adıdır. Onu da qeyd edək ki, Brilliant xanım bir neçə gün ərzində 600-a yaxın dostluq təklifi qəbul edib” – deyə o bildirib.

Geri qayıt