Əsas Səhifə > Cəmiyyət, Manşet > NAXÇIVAN KLANI YENİDƏN FƏALİYYƏTƏ KEÇİR
NAXÇIVAN KLANI YENİDƏN FƏALİYYƏTƏ KEÇİR23-01-2013, 13:18 |
KÖHNƏ PRİNSİPLƏR İDARƏÇİLİYƏ QAYIDIR DİA.AZ: - AXC iqtidarı devriləndən sonra ölkənin idarə olunmasında regionçuluq faktoru çox mühüm məqama yetişmişdi. Elə bir situasiya yetmişdi ki, əsasən iki regionun nümayəndələri əksər mühüm postları əllərində saxlayırdılar. Lakin İlham Əliyevin prezident postuna keçidindən sonra bu prinsipdən imtina olundu. Lakin son zamanlar vəziyyət yenidən dəyişmək üzərədir. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən xəbərdə qeyd olunur ki, artıq prinsiplər yenidən dəyişib: «Bu əslində daha çox özünümüdafiə instikti kimi də qəbul oluna bilər. Son aylarda vəziyyətin dəyişməsi iqtidariçi münasibətlərin də yeni müstəviyə keçidi ilə nəticələnib. Bunun da nəticəsində artıq Naxçıvan klanı yenidən əvvəlki prinsiplərinə müraciət etməli olub». Mənbəmiz bildirir ki, əslən Naxçıvandan olan bəzi məmurlar hətta qarşıdan gələn prezident seçkilərini müzakirə məqsədilə böyük toplantı çağırmağı da düşünürlər: «Toplantının Vasif Talıbova aid Bakıdakı məkanlardan birində keçiriləcəyi deyilir. Hər kəs dəvətli olacaq. Lakin kimin iştirak edib-etməyəcəyi bəlli deyil. Təşkilatçı qismində isə orta ranqı iki məmur çıxış edir. Onların kimin sifarişini icra etmələri isə təxminən hər kəsə aydındır». Geri qayıt |