Əsas Səhifə > Partiya > YAP-IN NAMİZƏDİ İLHAM ƏLİYEV OLACAQ

YAP-IN NAMİZƏDİ İLHAM ƏLİYEV OLACAQ


21-11-2011, 13:25
YAP-IN NAMİZƏDİ İLHAM ƏLİYEV OLACAQ

HAKİM PARTİYA İNDİDƏN 2013-Ə HAZIRLAŞIR

“Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri kimi mənim düşüncəmə görə, 2013-cü il prezident seçkilərində həm YAP, həm də Azərbaycan seçicilərinin digər bəzi təşəbbüs qrupları cənab İlham Əliyevin namizədliyini irəli sürəcək.

Məncə, o da bu təşəbbüslərə müsbət yanaşaraq, namizədliyinin irəli sürülməsinə razılıq verəcək”. Bunu APA-ya müsahibəsində Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O, 2013-cü ildə keçiriləcək prezident seçkilərinin nəticələri barədə konkret proqnoz vermək istəmədiyini də bildirib: “Əlbəttə, siyasi gedişat göstərəcək ki, kim nəyə qadirdir. Mən buna indidən proqnoz vermək istəmirəm. Amma Azərbaycan cəmiyyətinin hələ bundan sonra da İlham Əliyevə, onun idarəçiliyinə ehtiyacı olduğunu düşünürəm. Azərbaycanın bugünkü durumu - siyasi, iqtisadi, sosial vəziyyəti belə proqnozlaşdırmağa əsas verir ki, onun namizədliyi yenidən dəstəklənəcək”.


Geri qayıt