Əsas Səhifə > Şou-biznes > ƏN GƏNC ƏMƏKDAR ARTİSTİMİZ....

ƏN GƏNC ƏMƏKDAR ARTİSTİMİZ....


23-01-2013, 10:31
ƏN GƏNC ƏMƏKDAR ARTİSTİMİZ....
ÖZ AD GÜNÜNÜ QEYD ETDİ

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Şəlalə Şahvələdqızı bu gün 36 yaşını qeyd edir.

O bu haqda Milli.Az-a müsahibəsində bildirib:

"Ad günümü çəkiliş meydançasında keçirəcəyəm, çünki bu gün “Qaynana” serialının çəkilişidir. Gecəyə kimi çəkilişdə olacağam, yəqin ki, bir başqa gün ailəmlə də ad günümü qeyd etməyə imkan olacaq (gülür). Doğum günüm çox vaxt ya tamaşaya, ya da çəkilişə düşür. Bu il də təsadüfən serial çəkilişi ilə üst-üstə düşüb. Sözün düzü, mənə elə belə xoşdur. Onu da deyim ki, mən ad günlərini sevmirəm (gülür). Həmişə tortun üzərindəki şamları üfürəndə ürəyimdə arzu tuturam. Ən böyük arzum var, amma səsləndirmək istəmirəm. Allah hamının arzusunu çin eləsin, məşğul olduğum, sevdiyim işi mənə çox görməsin”.

Geri qayıt