Əsas Səhifə > Dünya > BAŞ NAZİRƏ ULTİMATİV İSTEFA JESTİ

BAŞ NAZİRƏ ULTİMATİV İSTEFA JESTİ


23-01-2013, 09:28
BAŞ NAZİRƏ ULTİMATİV İSTEFA JESTİ
İVANAŞVİLİ SİYASİ KURSU DƏYİŞİRSƏ...

Uzun müddət Gürcüstanın xarici siyasət idarəsində çalışmış və yeni hökumət tərkibində belə vəzifəsini saxlamış xarici işlər nazirinin müavini Nikoloz Vaşakidze şəxsi ərizəsi əsasında istefa verib.

APA-nın «GHN»ə istinadən verdiyi məlumata görə, Nikoloz Vaşakidze “ölkənin xarici siyasət kursuna və üslubuna uyğunsuzluğu səbəbindən” istefaya gedib. Vaşakidze agentliyə açıqlamasında qeyd edib ki, onun vəzifədən getməsi həmçinin Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Ermənistanda səsləndirdiyi bəyanatla da əlaqəlidir. O qeyd edib ki, onun üçün bu prinsipial məsələ olub. “Mən bir müddət istirahət etmək niyyətindəyəm, son zamanlar çox gərgin iş rejimində çalışırdım, hansı sahədə fəaliyyətimi davam etmək barədə qərarı isə sonra qəbul edəcəm”, deyə Vaşakidze qeyd edib.

Xatırladaq ki, Nikoloz Vaşakidze xarici işlər nazirinin müavini vəzifəsinə 2010-cu ildə təyin olunmuşdu.

Bidzina İvanişvilinin məhz hansı bəyanatından söhbət gedir, bu barədə xəbər verilmir.

Xatırladaq ki, İvanişvilinin İrəvana səfəri çərçivəsində Gürcüstanda yaşayan ermənilərin problemlərini həll edəcəyinə söz verib, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib və Abxaziyadan keçən dəmir yolunu bərpa edəcəyinə söz vermişdi.

Geri qayıt