Əsas Səhifə > Hadisə > “İSLAMİ FACEBOOK” YARADILIR

“İSLAMİ FACEBOOK” YARADILIR


21-11-2011, 13:04
“İSLAMİ FACEBOOK” YARADILIR

BAŞ REDAKTOR AZƏRBAYCANLIDIR

Dekabr ayında internetdə islam layihəsi – “Salamworld.com” adlı yeni sosial şəbəkənin sınaq buraxılışı həyata keçiriləcək. Şəbəkə dünya müsəlmanlarının yaxın əlaqələr qurmasına hesablanıb. Sayt islam dünyasının “Facebook”u olmağı hədəfləyir.

“Salamworld”un əsas qayəsi “siyasətsiz, haramsız, sərhədsiz” şüarı altında islami və insani dəyərlərin qorunması elan olunub. Saytın mərkəzi ofisi İstanbulda yerləşəcək, texniki işlər isə Hindistanın Haydarabad vilayətində yerləşən serverdən idarə olunacaq.

Qahirə, Moskva, London, Dubay, Məkkə, Mədinə, Astana, Nyu-York, Paris, Kuala-Lumpur kimi şəhərlərdə “Salamworld.com”un müxbir məntəqələri yaradılacaq.

İlk mərhələdə sayt türk, ərəb, fars, rus, ingilis, fransız dillərində fəaliyyət göstərəcək, daha sonra saytın istifadə dilləri artırılacaq (Azərbaycan, qazax, özbək, malay, urdu, çin, benqal, puştu və digər dillər).

Saytın baş redaktorluğu Azərbaycan nümayəndəsi, məşhur “Quran” tərcüməçisi, islamşünas Elmir Quliyevə həvalə olunub. İstanbul ofisindən “Media forum”a verilən məlumata görə, bu yaxınlarda saytın Bakıda təqdimatının keçirilməsi planlaşdırılır.


Geri qayıt