Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN TAKSİ FİASKOSU

ZİYA MƏMMƏDOVUN TAKSİ FİASKOSU


21-11-2011, 12:53
ZİYA MƏMMƏDOVUN TAKSİ FİASKOSU

70-Ə YAXIN SÜRÜCÜ «BƏNÖVŞƏYİ TAKSİ»DƏ İŞLƏMƏKDƏN İMTİNA ETDİ

DİA.AZ: - Çin istehsalı olan «London taksiləri»ni ölkəyə və ən əsası dövlət başçısı İlham Əliyevə xüsusi təmtəraqla təqdim edən, sonradan isə bu biznes sayəsində təkcə 1000 taksi partiyasından 19 milyon 500 min ABŞ dolları həcmində vəsaiti mənimsədiyi bəlli olan nəqliyyat naziri Ziya Məmmədov daha bir zərbəni alıb. Belə ki, sözügedən taksilərlə bağlı iş yanlış qurulduğundan artıq bu sistemdə kimsə çalışmaq istəmir. İki gün əvvəl isə 70-ə yaxın sürücü həmin taksilərdə işləməkdən vaz keçərək, sürdükləri maşınların açarlarını NN-ə rəsmən təhvil veriblər.

Bu barədə həmin sürücülərdən biri redaksiyamıza şikayətlənərək bildirdi ki, ilk əvvəl müxtəlif şirnikləndirici təkliflərlə yüzlərlə sürücünü cəlb edilməsi sayəsində «London taksiləri»də işləmək hər kəsə sərfəli görünürdü: «Amma bu vəziyyə cəmi 1 ay çəkdi. Bir aydan sonra bizə əzərdə tutulan bütün güzəştlər ləğv edildi və bunun əvəzində bir gün üçün 50 manat həcmində plan istədilər. Neçə müddətdir ki, bu qayda ilə işləyirik. Evimizə çörəkpulunu belə zorla aparırıq. Məlum olur ki, bütün sürücülər elə Ziya Məmmədov üçün işləyir».

Həmsöhbətimiz onu da bildirdi ki, dəfələrlə NN rəhbərliyinə, şəxsən Ziya Məmmədovun özünə belə şikayət etmələrinə baxmayaraq gündəlik planın həcmi azaldılmadı və nəticədə iki gün əvvəl 70-ə yaxın sürücü sözü bir yerə qoyaraq işləməkdən imtina etdilər: «İndi hamımız köhnə maşınımızla «xaltura»ya çıxırıq. Çox rahatıq. Evimizə də pul apara bilirik».


Geri qayıt