Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏHMƏD ƏHMƏDZADƏ ÇƏTİN DURUMDA

ƏHMƏD ƏHMƏDZADƏ ÇƏTİN DURUMDA


22-01-2013, 11:51
ƏHMƏD ƏHMƏDZADƏ ÇƏTİN DURUMDA
ONDAN DA HESABAT İSTƏNİLİR

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin başının üstünü yenidən qara buludlar alıb. Bu barədə daxil olan məlumata görə bir neçə il əvvəl ba verən Kür daşqınları zamanı onun korrupsiya, rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-isifadə etməsi ilə bağlı hazırlanan qovluq yenidən səhifələnməyə başlayıb.
Buna səbəb isə Ə.Əhmədzadədən yenidən yuxarılara şikayət olunmasıdı. Qeyd edək ki, hazırda Kür daşqınları ilə bağlı məhkəmə gedir və orada Ə.Əhmədzadəyə qarşı da ittihamlar olduğundan bir neçə dəfə ASC sədrinin məhkəməyə gətirilməsi tələb olunub.
Hazırda gündəmə gətirilən və qismən təzələnən köhnə cinayət qovluğunda isə çox müdhiş faktlar var. Bu barədə daxil olan məlumatda həmin faktlardan bir neçəsi ardıcıl olaraq sadalanır. Qovluqdan məlum olur ki, Ə.Əhmədzadə bir neçə il ərzində 10 milyonlarla manat dövlət vəsaitini talayıb. Məsələn göstərilir ki, ASC sədrinin sifarişi ilə Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılması üçün 2006-cı ildə 200 min, 2007-ci ildə 2 milyon, 2008-ci ildə isə 2 milyon manat ayrılıb. Ancaq dövlətə verilən hesabatdan fərqli olaraq nəzərdə tutulan işlərin heç biri görülməyib, dövlət vəsaiti mənimsənilib.
Bundan başqa Ə.Əhmədzadənin rəhbərlik etdiyi qurum 2006-2009-cu illər ərzində sahilbərkitmə işlərinin görülməsi adı ilə dövlətdən 5 milyon manat alıb. Ancaq yenə nəzərdə tutulan işlər görülməyib.
Bundan başqa Ə.Əhmədzadə Zaqatala, Qax rayonları, eləcə də Aran və Muğan bölgəsində də müxtəlif işlər görülməsi adı altında milyonlarla manat dövlət vəsaitini mənimsədiyi iddia olunur. Qeyd edək ki, bu məlumatların bir qismi hələ bir neçə il əvvəl bəzi mətbuat orqanlarında da gedib. Hətta o zaman bildirilirdi ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC Səngəçal sahilindəki villa inşasında qeyri-qanuni olaraq iştirak edir, torpaqları şorandan təmizləmək, suvarma kanalları, anbarları qurmaq adı altında milyonları göyə sovurur.
O zaman Ə.Əhmədzadə müxtəli vasitələrlə məsuliyyətdən yayına bilsə də, bu dəfə ASC sədrinin işinin üstünə daha sərt gəlindiyi deyilir. Redaksiyamıza daxil olan xəbərlədə ASC sədrinin yenidən gündəmə gətirilən qovluğundakı başqa məqamlara aid faktların da olduğu bildirilir. Həmin faktları da əldə etməyə çalışacağıq.

Geri qayıt