Əsas Səhifə > Ölkə > “HACIBALA ABUTALIBOV VƏ KƏRƏM HƏSƏNOV TÜRMƏDƏ YATMALIDIR”

“HACIBALA ABUTALIBOV VƏ KƏRƏM HƏSƏNOV TÜRMƏDƏ YATMALIDIR”


18-11-2011, 17:25
“HACIBALA ABUTALIBOV VƏ KƏRƏM HƏSƏNOV TÜRMƏDƏ YATMALIDIR”

LEYLA YUNUS SƏRT DANIŞDI

«İctimai palata» vətəndaş hərəkatı bu gün Müsavat Partiyasının ofisində vətəndaşların əmlak hüququnun pozulması ilə bağlı dinləmələr keçirib.

AXCP lideri Əli Kərimli qeyd edib ki, əmlak və biznesdən məhrum etmə adi hala çevrilib. Zülfüqarov qardaşlarının işi buna parlaq örnəkdir. Metallurgiya zavodunu həbs və işgəncə ilə onlardan alıblar.

Son vaxtlar “Avroviziya” müsabiqəsinin xərcləri adı ilə sahibkarlardan pul yığır, paytaxt sakinlərini mənzillərindən zorla köçürürlər. Bir tərəfdən hökumət deyir ki, 400 min qanunsuz tikili var. Digər tərəfdən sənədi olan və özəlləşdirilən 5-6 mənzili uçurublar.

Gəncə və Sumqayıt hakimiyyətləri də bu acı təcrübədən istifadə edir. Hüquq müdafiəçisi Leyla Yunus çıxışında deyib ki, bunun arxasında «mafioz rejim» dayanıb. 30 minə qədər paytaxt sakini sənədi olsa da, əmlak hüququndan məhrum edilib.

Qanunsuzluq Əmlak Məsələləri Dövlət Komitəsi və meriyanın əli ilə edilir. Sakinlərə pulu isə nədənsə özəl şirkətlər – Azinko və Meridian-R verir. Adamlar razılaşmayanda polis gəlib zorla köçürür.

Bu qanunsuzluğa meriyadan Zülfəli İsmayılov və Rufan Kazımov, ƏMDK-dan Yusif Qəmbərov nəzarət edir.

Ən maraqlısı odur ki, adamlara verilən pul dövlət orqanı və ya strukturundan yox, meriyada sürücü işləyən Rufan Kazımovun şəxsi hesabından verilir.

Mənzilindən çıxıb yeni binalara köçməyə razı olanlar da problemlə üzləşir. Buna göz yuman məhkəmə və prokurorluq bu cinayətlərdə şərik rolu oynayır.

«Buna görə Hacıbala Abutalıbov və Kərəm Həsənov həbs edilib türməyə salınmalıdır », - deyə Leyla Yunus qeyd edib.


Geri qayıt