Əsas Səhifə > Gündəm, Manşet > BÖYÜK SİYASƏTƏ DÖNÜŞ: BOZ QURDLAR DİRİLİR…

BÖYÜK SİYASƏTƏ DÖNÜŞ: BOZ QURDLAR DİRİLİR…


22-01-2013, 08:38
BÖYÜK SİYASƏTƏ DÖNÜŞ: BOZ QURDLAR DİRİLİR…
İSGƏNDƏR HƏMİDOV ADDIM-ADDIM GERİ DÖNÜR: BÖYÜK TƏDBİR DÜZƏNLƏNİB

DİA.AZ: - Son günlər böyük siyasətə dönməsi barədə xəbəri verilən keçmiş daxili işlər naziri, Boz Qurdların lideri İsgəndər Həmidovla bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Bilgili qaynağın DİA.AZ-a verdiyi xəbərlərdən belə aydın olur ki, artıq böyük siyasətə qayıtması tam olaraq təsdiqlənən sabiq nazir bölgələrdə təşkilatlanma işini də sürətləndirib.

Mənbəmiz bildirir ki, bu gün parçalanmış şəkildə olan Azərbaycan Boz Qurdlarının yenidən bir bayraq, bir çatı altında birləşə bilmələri üçün İsgəndər Həmidov xeyli müddətdir ki, ciddi fəaliyyət göstərir:

«Bu günlərdə, daha dəqiqi keçən həftənin şənbə günü bölgələrimizin birində Boz Qurdların ümumrespublika müşavirəsinin təşkil olunması və bu işin xəbərsiz şəkildə təşkili isə İsgəndər Həmidovun böyük siyasətə dönüşünün sakit şəkildə baş verməsi kimi də qəbul oluna bilər».

Mənbəmiz onu da bildirdi ki, anoloji Boz Qurd toplantılarının ölkmizin bütün bölgələrində keçirilməsi planlaşdırılır. Məlumatlardan aydın olur ki, Boz Qurdların şənbə toplantısında İsgəndər Həmidovun keçmiş tərəfdaşlarının əksəriyyəti iştirak edib. Onu da xatırladaq ki, keçən ilin son günlərində İsgəndər Həmidov Boz Qurd Partiyasının 20 illik yubileyini də təşkil etmişdi.

Geri qayıt