Əsas Səhifə > Dünya > “QARABAĞDA MÜHARİBƏ YENİDƏN BAŞLAYA BİLƏR”

“QARABAĞDA MÜHARİBƏ YENİDƏN BAŞLAYA BİLƏR”


18-11-2011, 16:58
“QARABAĞDA MÜHARİBƏ YENİDƏN BAŞLAYA BİLƏR”

ERMƏNİ PREZİDENT SAVAŞ ANONSU VERDİ

“Qarabağda hərbi əməliyyatlar başa çatsa da, onun yenidən başlanmasını istisna etmək olmaz”. Bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan bu gün keçirilən toplantıda bildirib.

Sərkisyan qeyd edib ki, Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub: “Münaqişə yeni mərhələyə qədəm qoyub. Biz hamımız bu mərhəldə mübarizə aparıb dünyaya haqlı olduğumuzu və mübarizəmizin ədalətli olduğunu sübut etməliyik”-deyə erməni dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün İrəvanda bolqar rejissoru və ssenaristi Svetana Paskalevanın “Qarabağ yaraları” adlı sənədli filminin təqdimat mərasimi olub. 7 hissədən ibarət olan film separatçıların “müsəqillik mübarizəsinə” həsr olunub. S.Sərkisyan mərasimdə iştirak edib.


Geri qayıt