Əsas Səhifə > Partiya > RÜSTƏM İBRAHİMBƏYOV GETDİ

RÜSTƏM İBRAHİMBƏYOV GETDİ


21-01-2013, 12:40
RÜSTƏM İBRAHİMBƏYOV GETDİ
YENİDƏN DÖNƏ BİLƏCƏKMİ?

DİA.AZ: - Bu gün səhər Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov Azərbaycanı tərk edir.
Bu barədə Bizimxeber.az-a eksklüziv olaraq Ziyalılar Forumunda təmsil olunan ziyalılardan biri məlumat verib.

Məlumata görə, R.İbrahimbəyov bu dəqiqələrdə Binə Hava Limanında təyyarə reysini gözləyir. O, ardıcıl olaraq Rusiya, Fransa və ABŞ-da səfərdə olacaq, bir sıra işgüzar və siyasi görüşlər keçirəcək.

DİA.AZ bildirir ki, bir neçə gün əvvəl Rüstəm İbrahimbəyovun Azərbaycandan gedəcəyi təqdirdə bir daha ölkəyə buraxılmayacağı haqda xəbərlər yayılmışdı. Belə çıxır ki, tanınmış kinorejissorun gedişi xəbəri doğrulanarsa, o zaman Rüstəm müəllim "dönüşü olmayan səfərə" çıxıb.

Geri qayıt