Əsas Səhifə > Ölkə, Manşet > TƏHSİL NAZİRLİYİNİN SAATLIDAKI AYIBI

TƏHSİL NAZİRLİYİNİN SAATLIDAKI AYIBI


21-01-2013, 12:05
TƏHSİL NAZİRLİYİNİN SAATLIDAKI AYIBI
AYDIN ƏLİYEV KORRUPSİYANI HİMAYƏ EDİR

DİA.AZ: - Redaksiyamıza Saatlı rayon təhsili ilə bağlı ilginc faktlar daxil olub. Bu barədə DİA.AZ-a şikayətlənən rayon sakinləri bildirirlər ki, Misir Mərdanovun əyalətdəki kadrları özlərini “nazirlərinə layiq” tərzdə tam uğurla nümayiş etdirə bilirlər. “Sattlıda təhsil başdan-başa korrupsiyalaşıb” deyən sakinlər vəziyyətin bu şəkildə uzun müddət davam edə bilməyəcəyini də xüsusi olaraq vurğulayırlar.

Müraciətdə deyilir: «Saatlı rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyevin qayınatası Sarkisin qohumlarına (Sarkisin qohumları Qriqoryan, Sarkisyan, Akopyan və başqa yanlar ola bilər) arxalanaraq təhsili bərbad vəziyyətinə, bazara, alverxanaya çevirməsi artıq hamıya məlumdur. Elə "müəllimlər" var ki, onların təyinatından Təhsil Nazirliyinin hələ də xəbəri yoxdur. Belə "müəllimlərin" hansı yolla işə qəbul olunduğunu bir Şamil müəllim bilir, bir də Təhsil Nazirliyinin Şöbə müdiri Aydın Əliyev. Çünki Şamil müəllim deyir ki, kimdən nə alsam onun 50 faizi Aydın müəllimə çatır. Ona görə də Saatlıda təhsilin səviyyəsi bərbad vəziyyətdədir. Bu ilin nəticələrinə baxmaq kifayət edər. Rayonda elə 9 illik məktəblər var ki, bu il oranı bitirənlərin heç biri imtahan verib şəhadətnamə ala bilməyib. Elə orta məktəblər var ki, şagirdlərin 70-80 faizi attestat ala bilməyib.

Ancaq Təhsil Nazirliyinin şöbə müdiri Şamil müəllimin səxavəti nəticəsində bu faktları ört-basdır edir. Uşaq bağçalarında vəziyyət daha acınacaqlıdır.Uşaqlara verilən ərzaq məhsullari açıq şəkildə mənimsənilir. İşçilər isə təhsili, savadı olmayan evdar qadınlarıdır. Hətta latın hərflərini də bilmirlər. Şamil müəllim onların hər birindən 800-1000 manat almaqla işə qəbul edib. Uşaq bağçalarına müsiqi müəllimliyinə işə qəbul isə çox "orjinal"üsulla aparılır. Bundan ötrü musuqi təhsilinin olması vacib deyil. "Kukla" mahnısını bilməli və stolda nağara kimi çalmağı bacarmalısan. Sonra da 1000 manat verməlisən. Şamil müəllim deyir ki, hərdən bir stolda nağara kimi çalın, uşaqlar oynasın. Bu da olsun musiqi dərsi.

Uşaq bağçalarında mətbəxin olmaması ondan xəbər verir ki, bağçalarda uşaqlar üçün yemək bişirilmir. Uşaq bağçalarına verilən ərzaq məhsullari elə Rayon stehlak əmiyyətində bir neçə nəfər arasında bölüşdürülür. Ş. Nurəliyev deyir ki, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun payı mütləq çatmalıdır. Yəni, doğurdanmı Nazirliyin şöbə müdiri uşaqların malına göz dikib?

Müəllimlərin kursa və ya ezamiyyətə göndərilməsi zamanı yol verilən korrupsiya faktları daha biabırçıdır. Guya müəllimlər kursa və ya ixtisas dəyişmə ilə əlaqədar ezamiyyətə göndərilir. Əslində isə müəllimlər heç yerə getmir. Onların adları kursda olsa da,özləri işlədikləri məktəblərdə olurlar. Adlarına yazılan ezamiyyə xərcləri Şamil müəllimə çatır. Müəllimlər jurnalları özləri yazır, əmək haqqını isə digər müəllimin adına yazdırırlar.

Bütün bunların üstü Maliyyə Nazirliyinin 2 il əvvəl apardığı kompleks yoxlama zamanı açıldı. Şamil müəllim Maliyyə Nazirliyinin yoxlama briqadasına vermək adı ilə məktəb direktorlarından 1000-1500 manat yığdı. Elə direktor var ki, hələ də həmin borcun sələmini ödəyib qurtara bilmir. Maliyyə Nazirliyinin yoxlama briqadası da bu cinayətin üstünü örtdü. Ən maraqlısı odur ki, Şamil müəllim ixtisas dəyişmə arzusunda olan müəllimlərə1500-2000 manata hazır diplom satir. Bü gün rayonun müxtəlif kəndlərində işləyən digər ixtisas sahibi olan müəllimlər Şamil müəllimin satdığı diplomlardan bərələnənlərdir.

Rayon Təhsil Şöbəsinin nəzdində guya Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Buradan 40 nəfərdən çox adam guya əmək haqqı alır. Əslində isə bu Mərkəzin yalnız adı var.Bütün sənədlər saxtalaşdırılaraq dövlət vəsaiti mənimsənilir. Mərkəzin heç bir fəaliyyəti yoxdur. Burada kimlərin çalışdığını da bilən yoxdur. Əmək haqlarinı Şamil müəllim alıb müəyyən adamlar arasında bölür.

Təbii ki, rayon rəhbərliyi və Təhsil Nazirliyinin bu bölgüdə payı var. Təəssüf ki, Saatlı təhsilində baş alıb gedən bu korrupsiyanı hamı görür, təkcə rayon prokurorundan başqa. Deyəsən Təhsil Nazirliyinin rəhbərliyinin də Saatlı təhsilindəki korrupsioner "tərəqqidən" xəbəri yoxdur».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt