Əsas Səhifə > Siyasət, Manşet > 19 YANVAR QIRĞINI KİMİN AYAĞINA YAZILACAQ?

19 YANVAR QIRĞINI KİMİN AYAĞINA YAZILACAQ?


21-01-2013, 10:00
19 YANVAR QIRĞINI KİMİN AYAĞINA YAZILACAQ?
KƏBİRƏ MƏMMƏDOVANIN DURUMU AĞIRDIR: AMMA TƏXRİBAT DA VAR

DİA.AZ: - Yanvarın 19-da Binə mərkəzinidə ticarər edən şəxslər etiraz aksiyası keçirdilər. Aksiyanı dağıdan polis həbslər apardı. Ehtiraslar səngiyəndən sonra hadisələrin miqyasını müəyyənləşidrməyə çalışdlq. Lakin məlum oldu ki, bunu həyata keçirmək elə də asan deyil.

Aksiyada saxlananların yaxınları da bu barədə danışmaq istəmirlər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Azadlıq Radiosuna bildirib ki, hazırda istintaq aparılır:

«Biz işlərlə bağlı mütəmadi olaraq məlumat veririk, bu cinayət işi ilə bağlı da açıqlama veriləcək».

Aksiyada saxlananlar barəsində Bakı şəhər Prokurorluğunda xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

Aksiyada 100 nəfərin saxlandığı bildirilir. Onlardan 80-i Qaradağ rayon Polis İdarəsində, 15 nəfərinin isə 10-cu polis bölməsində saxlandığı deyilir. 10-cu polis bölməsindən AzadlıqRadiosuna 15 nəfərin saxlandığı təsdiqləyiblər. Amma Qaradağ rayon Polis İdarəsindən sayla bağlı konkret məlumat verilmir.

Saxlananların yaxınlarına da saxlananların vəziyyəti və sayı barədə məlumat verilməyib. Onlara gətirilən yeməklər də qəbul edilməyib. Bunu vəkil Xalid Bağırov bildirib. O, hadisədən sonra saxlananlara hüquqi yardım göstərmək üçün polis İdarəsinə getmişdi:
«Saxlananların yaxınları bizim xidmətdən istifadə etmək istəmədilər».

Adının çəkilməsini istəməyən satıcı AzadlıqRadiosuna bildirib ki, bu gün (dünən –red.) «20 Yanvar»a görə işləmirlər:

«Amma dünəndən (srağagünündən –red.) elə bizə deyildi ki, yer pulları ilə bağlı geri çəkilmə olmayacaq».

Yanvarın 19-da Qaradağ rayonu ərazisində "Binə" ticarət mərkəzində qiymətlərin qaldırılmasına etiraz edən satıcılar Bakı-Astara yolunu bağlamağa cəhd ediblər. Onların qarşısını kəsən polislə satıcılar arasında qarşıdurma olub. 10 nəfər polis əməkdaşına xəsarət alıb, bir neçə xidməti avtomobilə ziyan dəyib.

DİA.AZ-ın bu yöndə apardığı araşdırmalar isə ortaya çox ilginc faktlar çıxarıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, aksiyada nə ilk əvvəl deyildiyi kimi 30 nəfər, nə də indi iddia olunduğu kimi 100 nəfər həbs edilməyib, təxminən 300-ə yaxın sahibkar bu gün həbsdədir.

Bu barədə danışan mənbənin söylədikləri: «Burada bir neçə maraq var. Birincisi həbs olunanların sayı onsuz da 40-50 nəfərə qədər azaldılacaq. Yəni onların hamısı həbsdə qalası deyil. Və arada fürsətcillər qazanmaq istəyir. Artıq həbs olunan hər bir sahibkardan azadlıqlarının müqabilində 5-10 min manat arası pulun istənildiyi də yayılan xəbərlər arasındadır».

Mənbəmiz bildirir ki, təkcə Səbayel rayon polis idarəsində 90-a yaxın sahibkar saxlanılır: «Onların bəziləri də ayrı-ayrı bölmələrdə yerləşdirilib. Yəni «Binə»də baş verən hadisələr zamanı tutulanların heç də hamısı Qaradağ rayonu ərazisində saxlanılmır və onların bəziləri Səbayel rayonu polisindədir».

Bu arada maraqlı bir məlumat da yayılıb. Xəbərə görə, geri çəkilməyəcəyini bəyan edən Kəbirə Məmmədovanın özünə qarşı da cinayət işi açıla bilər: «Hələlik dəqiq mövqe yoxdur. Amma artıq Kəbirə Məmmədovanın da çıxdaş edilmə vaxtının yetişdiyini düşünənlər var və ola bilsin ki, «Binə»nin rəsmi sahibəsi təhrikçi kimi mühakimə olunsun».

Geri qayıt