Əsas Səhifə > Dünya > QARA OĞLAN AĞ EVDƏ AND İÇDİ

QARA OĞLAN AĞ EVDƏ AND İÇDİ


21-01-2013, 09:07
QARA OĞLAN AĞ EVDƏ AND İÇDİ
BİRİNCİ ZƏNCİNİN 2-Cİ PREZİDENTLİYİ

Barak Obama yanvarın 20-də prezident andı içib. Ağ evdə keçirilən mərasimdə prezidentin ailə üzvləri və ABŞ Ali Məhkəməsinin sədri Con Roberts iştirak edib.

Rəsmi andiçmə yanvarın 21-nə təyin olunub. “Lenta.ru” xəbər verir ki, Obama bu gün andını təkrarlayacaq və Kapitoli qarşısına toplaşacaq vətəndaşlar qarşısında nitq söyləyəcək.

Obamanın ilk prezidentlik müddəti yanvarın 20-si saat 12-də (Bakı vaxtı ilə saat 21-də) başa çatıb. Bazar günü məhkəmələr işləmədiyindən rəsmi andiçmə mərasimi yanvarın 21-nə qalıb.

Obama 1961-ci ildə Havay ştatının paytaxtı Honoluluda dünyaya gəlib. 1979-cu ildə Honoluluda özəl məktəbi bitirib, daha sonra Los-Ancelesdəki Qərb kollecində, Kolumbiya Universitetində, Harvard Universitetinin hüquq məktəbində təhsil alıb.

Siyasi karyerasına İllinoys ştatının Senatından başlayan Obama 1997-ci ildən 2004-cü ilə qədər ştat Senatında Demokratlar Partiyasını təmsil edib. 2004-cü ildə ABŞ Konqresinin yuxarı palatası olan Senata seçilib.

2008-ci ildə Respublikaçılar Partiyasının namizədi Con Makkeyni geridə qoyub ABŞ prezidenti seçilib. 2012-ci il noyabrın 6-da respublikaçı Mitt Romniyə qalib gələrək prezident postunu əlində saxlayıb.

Geri qayıt