Əsas Səhifə > Cəmiyyət > “YENİ ÜMİD” YENİ NƏFƏSLƏ QAYIDIR
“YENİ ÜMİD” YENİ NƏFƏSLƏ QAYIDIR18-11-2011, 14:09 |
ÜMİD-ÇİLƏR QƏZETLƏRİNİ BƏRPA EDİRLƏR Ümid Partiyası, partiyanın orqanı olan «Yeni Ümid» qəzetini bərpa edir. Bu barədə “Qafqazinfo”ya məlumatı partiya funksioneri Razi Abasbəyli verib. Bildirib ki, qəzet bir müddət gündəlik və həftəlik nəşr olunub. «Uzun zaman idi ki, qəzetin nəşrinə fasilə verilmişdi. Partiyada İcra Aparatında aparılan gündəlik müzakirələr zamanı qərara alındı ki, mətbu nəşr bərpa edilsin. Bundan sonra qəzet həftədə bir dəfə nəşr olunacaq. Lakin kütləvi olaraq satışa çıxarılmayacaq. Yalnız abunə və göndərilmə qaydasında partiya üzvlərinə və təəssübkeşlərinə satılacaq. Artıq yüzlərlə abunəmiz var. Düşünürük ki, bir müddətdən sonra qəzetin kütləvi şəkildə satışını da təşkil edək. Eyni zamanda müəyyən sayda qəzet Bakı şəhərində əhalinin sıx olan yerlərində pulsuz paylanılsın. Bununla bağlı olaraq İcra Aparatında aparılan müzakirələr artıq yekunlaşıb» deyə R.Abasbəyli bildirdi. Əlavə etdi ki, «Yeni Ümid» qəzetinin əsas siyasi strategiyası Ümid Partiyasının strategiyasına uyğun olacaq: «Və partiyanın həftə boyu fəaliyyəti, ölkədəki sosial, siyasi problemlərə baxışı, partiya sədri, millət vəkili İqbal Ağazadənin Milli Məclisdəki fəaliyyəti, rayon təşkilatlarının gördüyü işlər, seçki komissiyalarındakı partiya təmsilçilərinin işini işıqlandıraq». Geri qayıt |