Əsas Səhifə > Cəmiyyət > MƏDƏT QULİYEV İSLAHATA GEDİR

MƏDƏT QULİYEV İSLAHATA GEDİR


18-01-2013, 12:12
MƏDƏT QULİYEV İSLAHATA GEDİR
BAKI İSTİNTAQ TƏCRİDXANASININ RƏİSİ ÇIXARILDI

“Media forum” saytı xəbər verir ki, ədliyyə polkovniki Elxan Sadıqov Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsindən gedib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumatı təsdiqləyib. O, Elxan Sadıqovun təqaüdə çıxdığını bildirib: “Hazırda onu müavinlərindən biri əvəz edir. Qısa müddət ərzində Bakı İstintaq Təcridxanasına yeni rəis təyin olunacaq”.

Ədliyyə polkovniki Elxan Sadıqov uzun illərdir ki, penitensiar xidmətdə çalışır. O, 2009-cu ilin may ayından Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsindədir. Buna qədər Şüvəlan təcridxanasına, daha əvvəllər isə 10, 13 saylı cəzaçəkmə müəssisələrinə rəhbərlik edib.

Geri qayıt