Əsas Səhifə > Cəmiyyət > SUMQAYITDA SAHİBKAR KÖÇÜ

SUMQAYITDA SAHİBKAR KÖÇÜ


18-01-2013, 12:06
SUMQAYITDA SAHİBKAR KÖÇÜ
"KARVAN"I NİYƏ TƏRK EDİRLƏR?

Sumqayıtda yerləşən ən böyük ticarət mərkəzlərindən biri olan «Karvan»da işləyən sahibkarlar fəaliyyətlərini dayandırmaq qərarına gəliblər. TİA.AZ-a verilən məlumata görə, «Karvan»da işləyən sahibkarlar yer haqqının bahalaşması səbəbindən bezərək, bizneslərindən əl çəkməli olublar.
Məlumatda deyilir ki, artıq onlar öz obyektlərini bir-bir təhvil verərək, başqa işlə məşğul olmağa başlayıblar. Qeyd olunur ki, keçən ilin əvvəli ilə müqayisədə hal hazırda «Karvan»da geyim satışı ilə məşğul olanların sayı yarısı öz dükanlarını bağlamalı olub.
Xatırladaq ki, Sumqayıtda yerləşən «Karvan» Ticarət Mərkəzi şəhərdəki məşhur klanlardan birinə məxsusdur. Belə ki, bu ticarət obyekti Ağamizə adlı şəxsin oğlanlarının adına özəlləşdirilib.

Geri qayıt