Əsas Səhifə > Ölkə > ƏN BÖYÜK MOBİL OPERATORA QARŞI DAHA BİR İDDİA
ƏN BÖYÜK MOBİL OPERATORA QARŞI DAHA BİR İDDİA18-11-2011, 13:54 |
“AZERCELL”DƏN HƏR KƏS NARAZIDIR “BB&TV Kommunikeşyn” MMC-nin direktoru S.Babeyeva Radiotezliklər üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Salman Hüseynova “Azərcell Telekom” MMC-dən şikayət edib. “BB&TV Kommunikeşyn” MMC-nin müraciətində bildirlib ki, “Azərcell Telekom” MMC Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli qəraaddını nəzərə almayaraq 1965-1980 MHz və 2155-2170 MHz tezlik zolağında 3-cü nəsil (3G) mobil xidmətlərinin tətbiqinə başlayıb. “Bunun nəticəsində “BB&TV Kommunikeşyn” MMC-nin efir kabel televiziya xidmətinin normal şəkildə göstərilməsində maneələr yaranıb və bu, bütün “BB&TV Kommunikeşyn” MMC-nin abunəçilərinin etirazına səbəb olur. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq sizdən xahiş edirik ki, bu qanun pozuntusunun tez bir zamanda aradan qaldırılmasında bir tədbir görəsiniz”-deyə “BB&TV Kommunikeşyn” MMC-nin direktoru S.Babayeva Radiotezliklər üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinə göndərdiyi şikayətdə bildirib. Modern.az saytının məlumatına görə, “BB&TV Kommunikeşyn” MMC şikayətinə 1saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli qərardadını da əlavə edib. Qeyd edək ki, Rabitə və İnformasita Texnologiyaları Nazirliyi bir müddət öncə "Azercell” şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün “B&B TV” şirkətinin istifadəsində olan tezliyi ayırıb. "Azercell” şirkəti bu gün öz abunəçilərinə göndərdiyi SMS-lərdə bildirib ki, 3G ximətlərinin tətbiqinə başladığını bəyan edib. Geri qayıt |