Əsas Səhifə > Hadisə > ABŞERONDA İKİ "VAZ" BİR-BİRİNƏ GİRDİ

ABŞERONDA İKİ "VAZ" BİR-BİRİNƏ GİRDİ


18-01-2013, 09:53
ABŞERONDA İKİ "VAZ" BİR-BİRİNƏ GİRDİ
QƏZA NƏTİCƏSİNDƏ ÖLƏN VƏ YARALANANLAR VAR

Abşeronda iki VAZ markalı avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu Novxanı qəsəbəsində "VAZ 21011" və "VAZ 21015" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə dərhal FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ 21015" markalı avtomobilin sürücüsü xəsarət alıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 00:50-də başa çatıb.

Geri qayıt