Əsas Səhifə > Sosial, Manşet > “B.ELEKTRİKŞƏBƏKƏ” VƏTƏNDAŞA MÜSİBƏT YAŞADIR

“B.ELEKTRİKŞƏBƏKƏ” VƏTƏNDAŞA MÜSİBƏT YAŞADIR


18-01-2013, 08:44
“B.ELEKTRİKŞƏBƏKƏ” VƏTƏNDAŞA MÜSİBƏT YAŞADIR
KÜRDƏXANI SAKİNİ: “MƏNƏ BAŞQASININ BORCUNU ÖDƏTDİRMƏK İSTƏYİRLƏR”

DİA.AZ: - Kürdəxanı qəsəbə sakini Əbdülrəhim Məmmədov redaksiyamıza “Bakıelektrikşəbəkə” əməkdaşlarının özbaşınalıqlarından bəhs edilən şikayət məktubu ilə müraciət edib. DİA.AZ olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazır olmaq şərtilə Əbdürrəhim Məmmədovun yazdqılarını diqqətinizə çatdırıq:

“2010-cu ildə Bakının Kürdəxanı qəsəbəsindəki Yeni Massiv adlanan yerdə mənə məxsus olan, amma yaşayış olmayan (aktda da belə qeyd olunub) sahəyə sayğac qoymaq üçün "Bakıelektrikşəbəkə"nin əməkdaşlarına müraciət etdim. Onlar hələlik sayğac olmadığını bildirib, tanımadığım Rüxsarə adlı bir qadına məxsus 091000401540036 nömrəli sayğacı sıfıra endirib, sahəyə quraşdırmağı təklif etdilər. Əlacsız qalıb razılıq verdim, çünki arabir orada ağac-filan əkməyə gedirdik. Yəni heç olmasa bir stəkan çay içmək xatirinə. Beləliklə, Rüxsarənin sayğacındakı 756 manat borcu 0-a endirib quraşdırdılar. Dəfələrlə "Bakıelektrikşəbəkə"nin Maştağadakı idarəsinə gedib sayğacı mənim adıma sənədləşdirməyi xahiş etdim. Nəhayət, belə oldu. Bundan sonra həmin sayğac nə qədər pul yazdısa, hamısını ödədim və qəbzlərini saxlayıram. Amma günlərin birində dedilər ki, Rüxsarənin borcu bu nömrəli sayğacda qalır, onu sən ödəməlisən. Kəsdikləri şərti xatırlatsam da nəzərə almadılar. Gedib-gəlib işığı kəsdilər. Əlacsız qalıb Ədalət və İlqar adlı "Bakıelektrikşəbəkə" işçilərinin hər birinə tələblərinə uyğun olaraq 100 manat (cəmi 200 manat) ödədim ki, mənə aid olmayan borcu silsinlər. Aldatdılar məni. Bundan sonra onların Böyükağa adlı böyükləri gəldi. Dedi, Rüxsarənin 756 manat borcunun yarısını ödə, yaxandan əl çəkək.

Hörmətli redaksiya!

Axı nəyə görə mən başqasının borcunu ödəməliyəm? Kənd yeridir, kasıbçılıqdır. Şübhə etmirəm ki, Rüxsarənin adına olan bu sayğacın göstəriciləri "Bakıelektrikşəbəkə"nin kompüterlərində qalıb. Xahiş edirəm yoxlatdırın və məni bu bəladan qurtarın. Çünki "Bakıelektrikşəbəkə"nin rəhbərliyinə ərizə ilə müraciət etsəm də bu günə qədər maraqlanan yoxdur”.

Geri qayıt