Əsas Səhifə > Şou-biznes > “ONLAR ƏTRAFLARINDAN SALLANAN PİYLƏRƏ GÖRƏ UTANSINLAR”

“ONLAR ƏTRAFLARINDAN SALLANAN PİYLƏRƏ GÖRƏ UTANSINLAR”


18-11-2011, 13:27
“ONLAR ƏTRAFLARINDAN SALLANAN PİYLƏRƏ GÖRƏ UTANSINLAR”

AYANDAN ANARA SƏRT CAVAB

Müğənni Ayan Babakişiyeva stilist Anar Ağakişiyevin ittihamlarına sərt reaksiya verib.

Day.Az-ın verdiyi məlumata görə, ifaçı onu Gənc Tamaşaçılar Teatrındakı tədbirlərdən birinə şortda gəlməkdə günahlandıran stilistə belə cavab verib:

"Bədən quruluşum və xarici görünüşüm mənə şort geyməyə imkan verir. Stilist əvvəlcə onunla işləyən müğənnilərə nəzər yetirsin. Qoy onlar ətraflarından sallanan piylərə görə utansınlar. Qoy o, mənim yox, həmin müğənnilərin qeydinə qalsın".

Xatırladaq ki, stilist Anar Ağakişiyev Milli.Az xəbər portalına şou-biznes nümayəndələrinin üslubları barədə müsahibə verərkən Ayan Babakişiyeva haqqında da danışmışdı.

Geri qayıt