Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ YEDİYAROV BORCUNU HANSI YOLLA QAYTARIR?

RAMİZ YEDİYAROV BORCUNU HANSI YOLLA QAYTARIR?


17-01-2013, 13:20
RAMİZ YEDİYAROV BORCUNU HANSI YOLLA QAYTARIR?
GƏDƏBƏYDƏ BAŞÇININ ADINDAN PUL YIĞILIR

DİA.AZ: - Daha çox yerli sahibkarlara divan tutması ilə diqqətə gələn Gədəbəy rayonunun icra başçısı Ramiz Yediyarovun başı dərddədir. Bu barədə məlumatı DİA.AZ-a rayondakı qaynaqlar verib.

Gədəbəydən ötürülən xəbərə görə, icra başçısının Bakıdakı çox nüfuzlu məmurlardan birinə təxminən 350 min manat borcu var: «Həmin pulu illərdir ki, icra başçısı qaytarmır. Daha doğrusu 700 min manat olan borc bir neçə il ərzində 350 min manata qədər düşüb. Amma artıq 4-5 aydır ki, Bakıdakı pul sahibi Ramiz Yediyarovdan heç nə ala bilmir».

Məhz bu səbəbdən bir neçə gün əvvəl icra başçısının çox ciddi şəkildə hədələndiyini bildirən mənbəmizin sözlərinə görə, Bakıdakı pul sahibi olan nüfuzlu məmur hətta Ramiz Yediyarova vaxt da qoyub: «İcra başçısı 10 gün içində pulu ödəməlidir. Və bu tələb də indi yerli sakinlərə problem yaradıb».

Rayondakı qaynaq bildirir ki, artıq Gədəbəydə hər kəs Yediyarovun kimə nə qədər borcunun olduğunu yaxşı bilir: «Çünki həmin pul rayon sakinlərindən çıxarılacaq. Artıq başçının adından bir sıra idarə və müəssisə rəhbərlərinə, həmçinin sahibkarlara pul toplamaq barədə tapşırıq da verilib».

Geri qayıt